07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Putin Ərdoğanla görüşdən imtina edib
Tarix: 05-02-2016 16:23 | Bölmə: Dünya / Xəbərlər


Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın görüş təklifini qəbul etməyib.

Reyting.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kremldən bildiriblər ki, yaxın vaxtlarda iki lider arasında görüş və telefon danışığı planlaşdırılmayıb.

"Yox, iki prezident arasında hər hansı əlaqə olmayıb. Yaxında belə bir əlaqənin qurulması planlaşdırılmır”,- deyə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Bundan öncə, fevralın 1-də jurnalistlərlə danışan Peskov Ərdoğanın Putinlə təyyarə insidentini müzakirə etmək üçün müraciət etdyini və yanvarın sonunda bu barədə Putinə məruzə olunduğunu demişdi.

Ekspertlərin fikrincə, yaxın vaxtlarda tərəflər arasında görüşün planlaşdırılmaması Putinin Ərdoğanın təklifini rədd etdiyi anlamına gəlir.

Qeyd edək ki, yanvarın 29-da Rusiyanın "SU-34” qırıcı təyyarəsi Türkiyə hava sərhədlərini pozmuşdu. Prezident Ərdoğan faktı müzakirə etmək üçün Xarici İşlər Nazirliyi xətti ilə Vladimir Putinə görüş təklifi göndərdiyin demişdi.

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}