Putin bir qrup akademiki işdən qovub - Səbəb
Tarix: 28-11-2016 16:46 | Bölmə: Dünya / Xəbərlər


Rusiya prezidenti Vladimir Putin bir qrup akademiki işdən qovub. 

Prezidentin mətbuat xidmətinin noyabrın 28-də yaydığı məlumatda bildirilir ki, işdən kənarlaşdırılan akademiklər Prezidentin işlər idarəsi, Federal Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirliklərində çalışıblar.

Xatırladaq ki, Putin ötən həftə məmurları akademiyaya üzvlükdən çəkinməyə, üzv olanları isə elmlə məşğul olmağa çağırmışdı.

İşdən kənarlaşdırılan akademiklər bunlardır:

1) Prezidentin işlər idarəsinin rəis müavini-baş tibbi idarınin rəisi Konstantin Kotenko

2) Federal Təhlükəsizlik Xidmətinin Qeydiyyat vəarxivlər fondu idarəsinin rəisi general-leytenent Vasili Xristoforov

3) MüdafiəNazirliyi Baş tibb idarəsinin rəisi Aleksandr Fisun

4) Daxili işlər nazirinin müavini-İstintaq departamentinin rəisi Aleksandr Savenkov.

Prezidentin sözçüsü Dimitri Peskov onların akademiyaya üzv seçildiklərinə görə işdən çıxarıldıqlarını təsdiqləyib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}