16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
BMT-nin baş katibi Rusiyanı ittiham edir
Tarix: 08-02-2016 11:20 | Bölmə: Dünya / Xəbərlər


BMT baş katibi Pan Gi Mun Rusiyanı Cenevrədəki sülh danışıqlarını pozmaqda ittiham edib.

Reyting.az saytı Strateq.az-a istinadən xəbər verir ki, baş katib «The Financial Times»a
müsahibəsində prosesin iflic vəziyyətə düşməsinə Rusiyanın Suriyadakı aviazərbələrinin səbəb olduğunu bildirib.

Pan Gi Mun hesab edir ki, diplomatik prosesə şərait yaratmaq üçün Suriyada təcili atəşkəs olmalıdır:«Rusiya Əsəd rejimi ilə birgə BMT-nin ötən ilin dekabrında qəbul olunan 2254 saylı qətnaməsini pozur. Bu qətnamə Suriya ərazisində dincəhalinin bombardmanının dayandırılmasını nəzərdə tutur".

Baş katib bildirib ki, Rusiyanın aviazərbələri Suriyada dincsakinlərin ölümünə səbəb olub:«Vacib məsələləri müzakirə etmək əvəzinə, kimi dəvət etməklə bağlı xırda detallarla danışıqları pozdular».

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}