23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
“Türkiyə və Rusiyanın böyük hədəfləri var” - Mövlud Çavuşoğlu
Tarix: 13-12-2016 11:18 | Bölmə: Dünya / Xəbərlər


"Moskva-Ankara əlaqələrində dialoq getdikcə genişlənir. Əlaqələrdəki çətin dövr artıq geridə qalıb".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Sputnik"ə müsahibəsində deyib.

M.Çavuşoğlu Türkiyə-Rusiya əlaqələrində olduqca mühüm yer tutan iqtisadi faktorlardan da danışıb:

"Ruslardan gözlədiklərimiz məlumdur. Vizasız rejimə yenidən qayıdaq, məhdudlaşdırıcı qaydalar ləğv edilsin. Hörmətli baş nazirimiz Moskva səfərində bu barədə açıq danışdı. Rusiya tərəfində müəyyən hərəkətlilik var. İnanıram ki, yaxın vaxtlarda konkret nəticəni görə biləcəyik.

Hökumət başçımızın rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşündə təbii enerji məsələləri də müzakirə olunub. Xüsusilə "Türk axını" layihəsi və "Akkuyu" nüvə stansiyası ilə bağlı ətraflı danışıqlar aparılıb. Top artıq rusların tərəfindədir, çünki biz hər şeyə hazırıq.

Türkiyə və Rusiya doğru yolda irəliləyir. Böyük hədəflərimiz var. Bu hədəflərə çatmaq üçün imkanlara da, iradəyə də sahibik. "Dayanmaq yoxdur, yola davam" deyirik.

Təəssüf ki, bir ilimizi əbəs yerə itirdik. Qarşımızda görüləcək çox iş var. Hörmətli baş nazirimizin səfəri bu mənada çox məhsuldar keçdi, yeni bir səhifə açmaq prosesinin əhəmiyyətli bir mərhələsini təşkil etdi.

Cənab prezident Rəcəb Tayyib Ərdoğanın gələn ilin əvvəlində reallaşdıracağı səfərlə yeni və uğurlu dövrə rəsmən girmiş olacağıq".

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}