16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya və Ermənistan Azərbaycana qarşı təhlükəli plan hazırlayır
Tarix: 12-11-2015 11:16 | Bölmə: Dünya


 

Rusiya prezidenti Vladimir PutinErmənistanla Qafqaz regionunda regional Birləşmiş Hava Hücumundan MüdafiəSisteminin yaradılması ilə bağlı sazişin bağlanması barədə sərəncam imzalayıb. Sərəncamda deyilir:"Rusiya Federasiya hökumətinin Ermənistan Respublikası ilə Qafqaz regionunda regional Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin yaradılması barədə təklifi qəbul edilsin”.

Prezident Putin bu sərəncamla Rusiya Müdafiə Nazirliyinə Ermənistan tərəfi ilə danışıqlarınaparılması və müvafiq sazişin imzalanmasını tapşırıb.

Qeyd edək ki,Strateq.azRusiya XİN başçısı Sergey Lavrovun noyabrın -9-da Yerevana səfərini şərh edərkən danışıqların əsas mövzusunun güclü regional hava hücümundan müdafiə sisteminin yaradılması olduğunu qeyd etmişdi.

 

Eyni zamanda təxmin edilmişdi ki, Ermənistan Moskvaya "hə" deyəcək. Bu məsələ ilə bağlı açıqlamalar verilməsə də, tərəflər hamını fakt qarşısında qoyacaqlar. "Lavrovun Yerevan səfərinin sirləri - Rusiya Ermənistanda "hava qalxanı” yaradır” başlıqlı təhlildə qeyd olunurdu:

"Rusiya KİV-nin məlumatına görə, S.Lavrovun Ermənistan səfərinin əsas mövzusu Ermənistanda rus aviasiya qrupunun gücləndirilməsi və yeni zenit komplekslərinin yerləşdirilməsi olacaq.Rusiya ekspertləri qeyd edirlər ki, artıq bir müddətdirMoskva ilə Yerevan arasında güclü regional hava hücümundan müdafiə sisteminin yaradılması ilə bağlı müzakirələr aparılır.Bu planın reallaşması isə Ermənistandakı Rusiya aviasiya qrupunun genişləndirilməsini və yeni zenit komplekslərinin yerləşdirilməsini tələb edir. Son zamanlar Rusiya Ermənistana modernləşdirilmiş MiQ-29 qırıcıları da göndərib.

Rusiya ekspertləri hesab edirlər ki,Lavrovun danışıqlarının nəticəsindən asılı olaraq yaxın vaxtlarda Ermənistana yeni S-300 tipli raket kompleksi yerləşdirilə bilər.Artıq Ermənistandakı Rusiya hərbi bazasında "Almaz-Antey” konserninin istehsalı olan raket sistemi ilə təchiz edilmiş polk var. Amma bu raketlərin hədəfləri məhvetmə uzaqlığı azdır və 100 km təşkil edir.

Rusiya üçün isə cənub sərhədlərində etibarlı "hava qalxanı”nın olması çox vacibdir. Buna görə Moskva Ermənistanla birgə vahid hava hücumundan müdafiə sistemi qurulmasına çalışır. Bu sistem Moskvaya Qara və Xəzər dənizi də daxil olmaqla regiondakı vəziyyətlə bağlı operativ məlumat almağa və çevik reaksiya verməyə imkan yaradır.

Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması, Qərb və NATO ölkələri ilə qarşıdurmanın dərinləşməsi Moskvanı hava hücumundan müdafiə sistemini gücləndirmək məcburiyyəti qarşısında qoyub.Xüsusən nəzərə alsaq ki, bu günlərdə ABŞ ordusunun Almaniyanın Ştutqart şəhərində yerləşən Avropa komandanlığı Türkiyənin hava sərhədlərinin qorunması üçün altı F-15C tipli qırıcı təyyarənin İncirlik hərbi bazasına göndərilməsi ilə bağlı məlumat açıqlayıb.

NATO-nun Rusiyanın cənub sərhədlərində hərbi iştirakını gücləndirməsi Rusiyanın da bölgəyə diqqətini artırıb.Moskva Xəzərdəki hərbi qruplaşmasını da gücləndirib və bu bölgədə havadan müdafiə sistemlərinin işinin effektiv qurulması ruslar üçün çox əhəmiyyətlidir. Məhz bu səbəblərdən Ermənistana yeni qırıcı təyyarələr və zenit kompleksləri yerləşdirmək planları meydana çıxıb.

Ekspertlər qeyd edirlər ki, Rusiya və Ermənistan rəsmiləri bu məsələlərin ictimailəşməsində maraqlı deyillər. Ola bilsin ki, Lavrovun danışıqlarının yekunu olaraq bu mövzuda heç nə deyilməsin.Adətən Moskva və Yerevan hərbi təyyarələr, yaxud zenit kompleksləri Ermənistanda yerləşdirildikdən sonra bu barədə məlumat verirlər.

Rusiya və Ermənistan rəsmiləri bu məsələlərin ictimailəşməsində maraqlı deyillər. Ola bilsin ki, Lavrovun danışıqlarının yekunu olaraq bu mövzuda heç nə deyilməsin.Adətən Moskva və Yerevan hərbi təyyarələr, yaxud zenit kompleksləri Ermənistanda yerləşdirildikdən sonra bu barədə məlumat verirlər...

Sərkisyan isə, çox güman ki, Moskvaya yox deməyəcək. Dekabrın 6-da Ermənistanda Konstitusiyaya dəyişiklikləri referenduma çıxarılacaq.Bu referendumun nəticəsindən asılı olaraq ölkədə parlamentli respublika modelinə keçid baş verə bilər.Bu isə Sərkisyanın ikinci prezidentlik müddəti başa çatdıqdan sonra Baş nazir postunu tutmaqla hakimiyyətini qorumaq planının bir hissəsidir. Moskvanın dəstəyi isə Sərkisyan üçün indiki məqamda hərzamankından daha vacibdir”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}