Həsən Ruhani Ermənistana səfər edib
Tarix: 21-12-2016 13:51 | Bölmə: Dünya / Xəbərlər

İran prezidenti Həsən Ruhani Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə Yerevana rəsmi səfər edib.

Ermənistan mediası bildirir ki, Həsən Ruhani elə bu gün Serj Sarkisyan və baş nazir Karen Karapetyanla görüşəcək.

Ermənistan-İran prezidentləri səviyyəsində keçirilən danışıqlardan sonra iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutan bir sıra sənədlərin imzalanacağı qeyd edilir.

Həsən Ruhani və Serj Sarkisyan İran-Ermənistan biznes-forumunda da iştirak edəcəklər.

İran prezidenti Ermənistandan sonra Qazaxıstan və Qırğızıstanda da səfər edəcək.

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}