23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Putin: “Müəyyən qüvvələr Türkiyə ordusuna nufuz edib”
Tarix: 23-12-2016 15:43 | Bölmə: Dünya / Xəbərlər

"Səfirin qətli Rusiyaya qarşı sui-qəsd idi. Mən əvvəl təyyarəmizin türk hərbçiləri tərəfindən vurulması ilə bağlı deyilən arqumentə şübhə ilə yanaşırdım. Səfirin qətlindən sonra mən fikirmi dəyişdim. Belə görünür, müəyyən qüvvələr Türkiyə ordusuna nufuz ediblər. Mən heç kimi ittiham etmirəm. Amma bu, faktdır”.

Reyting.az xəbər verir ki, bu sözləri bu gün keçirdiyi böyük mətbuat konfransında prezident Putin Türkiyə ilə əməkdaşlıq və bu istiqmətdə yaradılan problemlər barədə danışarkən deyib.

Putin bildirib ki, Rusiya səfrinin qətli Türkiyə ilə münasibətlərə təsir etmir: "Bizə son illərdə kompromis tapmağa müyəssər olub”.

Putinin sözlərinə görə, Hələbdə situasiyanın tənzimlənməsində Türkiyə və İran prezidentləri böyük rol oynayıb: "Bizim iştirakımız olmadan bu mümkün olmayacaqdı. Hələbdə bu 3 tərəfli format böyük rol oynadı. Hazırda Hələbdə döyüş əməliyyatı aparılmadan minlərlə insan çıxarılır. Söhbət 100 min adamdan gedir. Bu, nəhəng miqyaslı beynəlxalq humanitar aksiyadır”.

Putin qeyd edib ki, bununla yanaşı Suriya problemini Səudiyyə Ərəbistanı, Misir, İordaniya, ABŞ-ın iştirakı olmadan həll etmək mümkün deyil.

O vurğulayıb ki, Qazaxıstan problemin həlli ilə bağlı danışıqlar aparmaq üçün Astananı təklif edib: "Biz problemin siyasi həlli üçün praktik danışıqların başlanmasını istəyirik”.(Strateq.az)





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}