14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Diktatora qarşı sui-qəsddə 4 nəfər ölüb
Tarix: 11-02-2016 13:15 | Bölmə: Dünya / Xəbərlər


Suriyanın müxalif qruplarından olan "Əhraruş Şam” ölkə diktatoru Bəşər Əsədə sui-qəsd təşkil edib.

Reyting.az avropa.info-ya istinadən xəbər verir ki, hadisə Bəşər Əsədin anası Enisə Əhməd Mahlufun dəfni zamanı baş verib. Məlumata görə, Bəşər Əsədin anasının dəfni ilə bağlı Lazkiyənin Kardaha bölgəsinə gələcəyi xəbərini alan müxaliflər, ona qarşı sui-qəsd hazırlayıblar.

Türkiyənin hökumətə yaxın "Timeturk” saytına danışan "Əhraruş Şam” komandirlərindən biri məlumatı təsdiqləyib.

"Ötən həftənin bazar günü Mahlufun cənazəsinin basdırılması ilə bağlı Əsədin regiona gələcəyi məlumatını aldıq. Məlumatı aldıqdan sonra hazırlığa başladıq. Ərazi şərtləri və sıx təhlükəsizlik tədbirləri səbəbi ilə bölgəyə yanaşmağımız mümkün deyildi. Ona görə də, "Qrad” raketləri ilə Əsədin keçdiyi yolu hədəf aldıq və vurduq”.

Qeyd edək ki, "Yerusalem Post” qəzetinin iki gün öncə verdiyi xəbərə görə, anasının dəfninə gedən Əsədin konvoyuna "Qrad” raketləri ilə hücum təşkil olunub. Qəzetin yazdığına görə, konvoyda olan 4 adam ölsə də, Əsədi xilas etmək mümkün olub.

Qeyd edək ki, Suriyada olaylar 2011-ci ilin mart ayının 15-də əvvəlcə dinc etiraz aksiyaları şəkilində başlayıb. Lakin uzun illərdir ki, ölkəyə seçki keçirmədən rəhbərlik edən Əsəd ailəsi aksiyaları dağıtmaq üçün odlu silahdan istifadə edəndən sonra, proses hərb müstəvisinə keçdi. Daha sonra, Bəşər Əsəd onun hakimiyyətdə qalmasına kömək etmək üçün İran, "Hizbullah”, daha sonra isə Rusiyadan əsgəri yardım istədi. Əsəd ailəsi Suriyada dini azlıq sayılan (təqribən ölkə əhalisinin 8 faizi:red) nusyari təriqətini təmsil edir.

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}