23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
ABŞ prezidenti Rusiyanı yenidən işğalçılıqda ittiham edib
Tarix: 19-01-2017 10:20 | Bölmə: Dünya / Xəbərlər

"Rusiyaya qarşı məhdudiyyət tədbirləri rəsmi Moskvanın Ukraynanın suverenliyinə təcavüz etdiyi üçün tətbiq edilib".

Reyting.az APA-ya istinadla xəbər verir ki, bu barədə Barak Obama ABŞ prezidenti qismində keçirdiyi son mətbuat konfransında deyib.

Bununla belə, Obama Rusiya ilə konstruktiv münasibətlərin tərəfdarı olduğunu bildirib: "Düşünürəm ki, ABŞ və bütün dünya Rusiya ilə konstruktiv münasibətlərdə maraqlıdır. Ümid edirəm ki, gələcəkdə Rusiya ilə Ukrayna arasında da möhkəm əlaqələri bərpa etmək mümkün olacaq. İki ölkənin tarixən geniş mədəni və sosial bağları var”.

Obama həmçinin deyib ki, prezidentliyi dövründə Rusiyanın dünya birliyinin mühüm üzvü olmasına cəhd edib: "Lakin Vladimir Putin hakimiyyətə yenidən qayıtdıqdan sonra Rusiya ABŞ-a qarşı qərəzli münasibət nümayiş etdirməyə başladı”.

Çıxışı zamanı Barak Obama ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı Rusiyanı nüvə silahlarının məhdudlaşdırılmasına inandırmağa çağırıb.

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}