16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğanla Tramp fikir mübadiləsi aparıblar
Tarix: 08-02-2017 15:14 | Bölmə: Dünya / Xəbərlər

Ötən gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın yeni prezidenti Donald Tramp arasında ilk telefon danışığı olub.

Dövlət başçıları iki ölkə arasındakı münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıb, terrorizmlə mübarizəni müzakirə ediblər.

Tramp Ərdoğana Türkiyənin ABŞ-ın strateji partnyoru və NATO çərçivəsindəki müttəfiqi olduğunu vurğulayaraq onu dəstəklədiyini bildirib. O, İŞİD-lə mübarizədə Türkiyənin verdiyi töhfəni yüksək qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğanla terrorla mübarizədə Türkiyə-ABŞ əməkdaşlığından məmnunluğunu ifadə edərək, bunun davam edilməsini arzulayıb.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}