23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Rusiya və İran ABŞ-a qarşı birləşir
Tarix: 10-04-2017 09:43 | Bölmə: Dünya

Rusiya, İran və Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qruplar birgə bəyanat yayıblar.

Türkiyə mediası xəbər verir ki, bəyanatda ABŞ-ın Suriyaya raket zərbəsi endirməsinə etiraz edilərək, ABŞ-ın Suriyada "qırmızı xətt”i keçdiyi bildirilib.

Bəyanatda qeyd edilib ki, əgər Suriyaya qarşı hər hansı belə hücum təkrarlanarsa, adekvat cavab veriləcək.

Xəbərdə deyilir ki, Rusiya prezidenti Putinlə İran prezidenti Həsən Ruhaninin ABŞ-ın İdlibdəki hərbi aerodromu "kimyəvi silah" bəhanəsi ilə bombardman etməsi də müzakirə olunub: "Bu hücumun beynəlxalq hüquqa zidd olduğu birmənalı bildirilib. Eyni zamanda, hər iki prezident Suriyada kimyəvi silah tətbiqinin tərəfsiz və obyektiv araşdırılmasının vacibliyini önə çəkiblər".

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}