13:25 / 25-09-2017
Lümpenləşən ziyalılar
Avropa İttifaqı Ərdoğandan razı qalıb - Görüş
Tarix: 30-05-2017 14:20 | Bölmə: Dünya / Xəbər lenti

Avropa İttifaqı (Aİ) nümayəndələri və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında görüşlər "müsbət bir şəraitdə" keçib. Lakin ikitərəfli münasibətlərin bundan sonrakı inkişafı istiqamətində yeni bir razılaşmanın və ya təqvim üzərində razılığın əldə olunmadığı bildirilib.

"Reuters"ə açıqlama verən Aİ-nin yüksək səviyyəli nümayəndələri bu il ərzində Türkiyə ilə orta və yüksək səviyyədə görüşlər keçirməyə ümid etdiklərini, lakin ikitərəfli münasibətlərdə irəliləyişin Ərdoğanın narahatlıq yaradan bəzi məsələlərdə atacağı addımlara bağlı olduğunu söyləyiblər.

Ərdoğan ötən həftə ərzində NATO liderləri toplantısında iştirak etmək üçün Brüsselə getdiyi zaman Aİ başçısı Donald Tusk və Avropa Komisiyasının başçısı Jan-Clod Yunkerlə görüşmüşdü.

Ərdoğan bu görüşlərin "müsbət" keçdiyini söyləmiş və Aİ-dən 12 aylıq bir təqvim alındığını bəyan etmişdi.

Lakin agentliyə açıqlama verən Aİ nümayəndələri üzərində razılaşma əldə olunan hansısa bir təqvimin olmadığını söyləyiblər. Onlar Ərdoğanın Tusk və Yunkerlə görüşünün "yaxşı" və "faydalı" keçdiyini ifadə ediblər.

Başqa bir mənbə isə "heç bir şəkildə düşmənçilik hiss olunmurdu, lakin hər iki tərəf də hər kəsə məlum olan mövqeyini təkrarlamaqla kifayətləndi",- deyib. Aİ nümayəndələri münasibətlərin bundan sonrakı gedişatının Ərdoğanın atacağı addımlara bağlı olduğunu da qeyd ediblər.

"Reuters" agentliyinin yazdığına görə, Aİ-da narahatlıq yaradan məsələlərin başında Türkiyənin terrorla mübarizə qanunları əhatəsinin həddən artıq geniş olması və qaydaların müxalifəti cəzalandırmaq üçün istifadə olunması durur.

Məlumata görə, Aİ-da narahatlıq yaradan digər məsələlər arasında isə kürdlərlə yanaşı mətbuata və akademiyaya qarşı pis rəftar və Erdoğanın 16 aprel referendumundan sonra daha çox gücə sahib olmaq üçün atdığı addımlar yer alır.

"Reuters" bildirir ki, Aİ-nın irəlidə Türkiyə ilə işləməyə davam edib-etməyəcəyi barədə sualına isə digər Aİ mənbəyi "Başqa çıxış yolumuz yoxdur" cavabını verib.

Aİ 15 iyul hadisələrindən sonra mətbuat azadlığı və insan haqqları ilə bağlı Türkiyəni tənqid edir. Türkiyə isə başda viza tətbiqinin qaldırılması daxil olmaqla Aİ-nı verdiyi vədlərə əməl etməməkdə ittiham edir.

Ərdoğan daha əvvəlki açıqlamalarında Aİ-nı verdiyi vədlərə əməl etməyə çağırmış və verilən sözlərə əməl olunmayacağı təqdirdə "müzakirə ediləcək bir şeyin qalmayacağını" bildirmişdi. Ərdoğan bununla yanaşı Aİ-na qoşulmaqla bağlı müzakirələrin davam edib-etməməsi məsələsinin də referenduma çıxarıla biləcəyini bildirmişdi. İyunun 22-23-də Brüsseldə keçiriləcəki zirvə toplantısında Aİ liderlərinin Türkiyə ilə münasibətləri və qaçqın razılaşmasını müzakirə edəcəyi gözlənilir. (BBC)

Avropa Parlamentinin Türkiyənin quruma qoşulması müzakirələrinin təxirə salınması isiqamətindəki çağırışları hələki Avropa Komissiyası və liderləri tərəfindən qəbul edilməyib.(Mənbə: strateq.az)





139 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
18-07-2017, 12:46 İran odla oynayır
22-09-2017, 08:52 Məhərrəm ayı başlayıb