07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Dövlət Departamenti: "ABŞ Rusiyaya güzəştə getmir"
Tarix: 05-03-2016 11:41 | Bölmə: Dünya / Xəbərlər

ABŞ Suriya məsələsində Rusiyaya güzəşt etmir. APA-nın verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Suriya müxalifətinin liderlərindən olan Riyad Hicabın ABŞ-ın Suriya ilə bağlı Rusiyaya güzəştə getməsini şərh edərkən deyib. 

C. Kirbi bildirib ki, ABŞ Suriyada vətəndaş müharibəsinə son qoymaq üçün Rusiya ilə birgə iş aparır: "Bizim müxtəlif faktorlara görə Rusiya ilə fikir ayrılıqlarımız olub və yəqin ki, davam edəcək".


C. Kirbi qeyd edib ki, Rusiya Suriya üzrə beynəlxalq dəstək qrupunda aparıcı rola sahibdir və hərbi əməliyyatların dayandırılmasında fəal iştriak edib: "Hadisələrə ABŞ-ın Rusiyaya münasibətdə güzəştli siyasət yeritməsi kimi xarakteristika vermək, fikrimcə, qeyri-dəqiq yanaşmadır və bu iradlarla qətiyyən razı deyiləm”.






Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}