Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib
Tarix: 28-08-2017 15:36 | Bölmə: Dünya / Xəbərlər
Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

Rusiya ordusunun Cənub Hərbi Dairəsinə aid aviasiya və hava hücumundan müdafiə qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bununla bağlı Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov əmr verib.

Rostov və Volqoqrad bölgələrinə, Krasnodar və Stavropol əyalətlərində, Şimali Osetiya-Alaniya və Krım respublikalarına yerləşdirilən hava hücumundan müdafiə qüvvələrinin şəxsi heyəti həyəcan siqnalı ilə qaldırılıb.

Yoxlama zamanı aviatexnika, pilot və mütəxəssislərin döyüş hazırlığı qabiliyyəti yoxlanılıb. Döyüş qabiliyyəti müxtəlif səviyyələrdə taktiki təlimlərin nəticələrinə əsasən qiymətləndiriləcək.(Axar.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}