17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İran prezidenti ABŞ-ı hədələyir
Tarix: 19-09-2017 09:47 | Bölmə: Dünya / Xəbərlər
İran prezidenti ABŞ-ı hədələyir

“ABŞ prezidenti Donald Tramp İranla bağlanan müvə anlaşması haqda müqavilədən imtina edəcəyi təqqdirdə ABŞ ağır bədəl ödəyəcək”.

Bu bəyanatla İran prezidenti Həsən Ruhani çıxış edib.

Həsən Ruhani BMT-nin toplantısında iştirak məqsədilə Nyu-Yorka səfər edib.

Prezident CNN televiziya kanalına verdiyi müsahibəsində gündəm mövzular haqqında danışıb.

İran və 5 ölkə arasında bağlanan nüvə razılaşması haqqında danışan prezident Ruhani deyib ki, nüvə anlaşmasını pozmaq Amerikaya ağır gələcək: “Bunun bir bədəli olacaq, işlərinə yaramayan bir ağır bədəl ödəmək istədiklərini düşünmürəm”.

Tramp administrasiyasının bu razılaşmadan imtina edəcəyi durumunda ABŞ-ın beynəlxalq aləmdə imicinin etibarsız, güvəninin isə azalacağını deyən Həsən Ruhani əlavə edib ki, ABŞ müqavilədən imtina edəcəyi təqdirdə İran tərəfi cavab addımları haqqında artıq düşünüb. (Teleqraf.com)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}