16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyə PKK-nın mövqelərini darmadağın etdi
Tarix: 14-03-2016 13:41 | Bölmə: Dünya


Türkiyə Silahlı Qüvvələrinə aid F 16 döyüş təyyarələri Qəndil dağlarında və Gabar bölgəsində PKK hədəflərini darmadağın edib.

Reyting.az saytı Avropa.info-ya istinadən xəbər verir ki, dünən axşam Ankarada baş vermiş 37 nəfərin həlak olması və 100-dən çox insanın yaralanması ilə nəticələnən terror aktından sonra Türkiyə ordusu PKK terror təşkilatının mövqelərini darmadağın edib.

Məlumata görə, Türkiyə ordusunun döyüş təyyarələri dünən gecə səhərə qədər aramsız olaraq Qəndil dağında yerləşən PKK mövqelərini bombalayıb.

Türkiyə ordusunun baş qərargahından verilən məlumatda bildirilir ki, PKK-ya qarşı başladılan əməliyyatda 9 ədəd F-16 və 2 ədəd F-4 döyüş təyyarəsi iştirak edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}