Şimali Koreya lideri ABŞ-ı yenə hədələyir
Tarix: 23-09-2017 15:16 | Bölmə: Dünya
Şimali Koreya lideri ABŞ-ı yenə hədələyir

ABŞ prezidenti Donald Trampın BMT Baş Assableyasındakı çıxışında Şimali Koreyanın ünvanına işlətdiyi təhdidli ifadələr Şimali Koreya lideri Kim Çen Inın hiddətli reaksiyasına səbəb oub.

O, Trampa cavab verib:

Bu günlərdə Koreya yarımadasındakı durum olmazın dərəcdə gərginləşdiyi və günbəgün, saatbasaat təhlükəli həddə çatdığı ciddi bir şəraitdə BMT arenasında ilk dəfə çıxış edən ABŞ başçısının nitqinin məzmunu dünyanın diqqətinin predmeti olmaya bilməz.

Əslində, mən bunu müəyyən dərəcədə sezirdim, amma ora dünyanın ən böyük diplomatiya arenası olduğundan güman edirdim ki, ABŞ prezidenti deyilən adam stereotipli, əvvəlcədən hazırlanmış, əvvəllər olduğu kimi öz ofisindəki əvvəlki improvizasiyalardan nə iləsə seçilən nitqlə çıxış edəcək. Lakin hələ durumu yumşaltmağa yardım edə biləcək inandırıcı ifadələri demirik, ABŞ ali hakimiyyətinin təmsilçisi eşidilməmiş, indiyədək onun sələflərindən heç birində olmamış cəfəngiyyatla – təəssüf ki, bizim dövlətin “tam darmadağın edilməsi” haqda – çıxış edib.

Bir qayda olaraq, gözü qorxmuş it bərkdən hürər.

Trampa, bax, bunu tövsiyə edirəm: dünyaya nəsə deyərkən sözləri ciddi şəkildə seç, uyğun leksikondan istifadə et, bunu kimə dediyin barədə fikirləş.

ABŞ prezidentinin şizofrenik tutması hətta normal adamı da sağlam düşüncə və təmkindən məhrum edir. O, artıq, sadəcə, bizim hakimiyyətin dəyişilməsi və quruluşumuzun devrilməsi ilə təhdid etmir, BMT tribunasından özünün antiinsani iradəsini ifadə etməyi və suveren dövlətin tam məhvinə getməyə hazır olduğunu özünə açıqca rəva bilib. Amerika prezidenti seçikiləri zamanı Trampa “siyasi cahil” və “siyasətə yad” damğası yapışdıran adamların masqarası bu gün yaddaşımda yenidən üzə çıxır.

Tramp prezident kreslosunda əyləşərək dünyanın bütün ölkələrinə hədə və şantajla müraciət edir, heç vaxt olmadığı qədər səs-küylə suyu bulandırır. Şübhəsiz, o, ölkə silahlı qüvvələrinin ali baş komandanı vəzifəsinə yararsızdır və siyasi xadimi deyil, xuliqan və qanqsteri – odla oynamaq həvəskarını təmsil edir.

ABŞ başçısının sözləri Amerikanın iradə və seçimini aşkarca ifadə etməklə məni əsla qorxutmur və məni dayandırmayacaq. Əksinə, bunlar təsdiq edir ki, seçdiyim yol düzgündür və axıradək getmək lazımdır. Tramp bütün dünyanın gözü qabağında mənim özümün, dövlətimizin varlığını inkar və təhqirə getdiyindən və tarixdə görünməmiş qəddarlıqla Respublikamızı məhv etmək qəsdilə müharibə elan etdiyindən biz öz tərəfimizdən adekvat, tarixdə görünməmiş fövqəlqəddar tədbirlər hazırlamağa girişəcəyik. Sözlərin mənasını anlamağı bacarmayan və eyni şeyi təkrarlayan yabıya fəaliyyətlə cavab vermək lazımdır – ən yaxşı variant budur.

Mən, Koreya Xalq Demokratik Respublikasının təmsilçisi məndən asılı olan hər şeylə dövlətimiz və xalqımızın şərəf və ləyaqətinə, ağılsız ifadələrə görə ABŞ başçısını mütləq bədəl ödəməyə məcbur edəcəyəm. Bu Trampın sevdiyi ritorik ifadə deyil. Mən dərin fikrə gedirəm ki, Tramp bu cür əcaib sözcükləri işlədərkən bizim mümkün şiddətli cavabımızın hansı dərəcəsini əvvəldən görüb. Trampa hansı fikirlər hakim kəsilir-kəsilsin, onun ağlını geridə qoyacaq nəticələri görəcək.

Amerikanın dəli qocasını atəşlə əhilləşdirəcəyəm!(Tərcümə: Strateq.az)



136 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
18-07-2017, 12:46 İran odla oynayır