Rusiya daha təhlükəli silah hazırlayır - Vladimir Mixeyev
Tarix: 28-09-2017 16:17 | Bölmə: Dünya
Rusiya daha təhlükəli silah hazırlayır

Rusiyada yeni radioelektron hərbi sursatlar hazırlanır.

Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya “Radioelektron Texnologiyaları” konserninin baş direktorunun müavini Vladimir Mixeyev söyləyib. Onun sözlərinə görə, bu hərbi sursatlar super yüksək tezlikli impuls vasitəsilə düşmənin texnikasını sıradan çıxarmaq gücündə olacaq.

O, radioelektron hərbi sursatlarla bağlı işin tam məxfi qrif altında aparıldığını bildirib:

“2011-2012-ci illərdə “Alabuqa” adı altında elmi tədqiqatlar aparıb və nəticədə gələcək radioelektron silahın inkişaf istiqamətləri müəyyənləşdirilib. Bu istiqamətdə işlər artıq ABŞ və Çində də aparılır”.(Axar.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}