16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Türkiyə ilə Rusiya birgə hərbi əməliyyata başlayıb
Tarix: 07-10-2017 13:57 | Bölmə: Dünya
Türkiyə ilə Rusiya birgə hərbi əməliyyata başlayıb

"Türkiyə Silahlı Qüvvələri Suriyanin İdlib şəhərində deyil, orada Azad Suriya Ordusu (ASO) var. Əməliyyatı da ASO aparır".

Reyting.az
-ın xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.(TRT)

Ərdoğanın sözlərinə görə, hazırda İdlibdə Türkiyənin dəstək verdiyi ASO tərəfindən aparılan əməliyyat davam edəcək: "Bu, çox ciddi və yeni hərbi əməliyyatdır. Orada ciddi bir hərəkat başlandı. Hələbdən qaçıb, İdlibə sığınanlara əlimizi uzatmalıyıq. Ancaq orada türk əsgəri yoxdur, bu əməliyyatı ASO aparır. İdlibin təhlükəsizliyini təmin etdikdən sonra digər bölgələrlə bağlı yeni qərarlar qəbul ediləcək".

Ərdoğan bildirib ki, əməliyyata Rusiya havadan, Türkiyə isə qurudan dəstək verir: "İdlibin içi bizim, çölü Rusiyanındır. Yenə bəyan edirəm, Türkiyənin sərhədində yeni bir kürd dəhlizinin yaradılmasına imkan verməyəcəyik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}