Avropa İttifaqı Ermənistandan Qarabağ münaqişəsinin həllini tezləşdirməyi tələb edir – Saziş+Şərtlər
Tarix: 17-10-2017 09:47 | Bölmə: Dünya
Avropa İttifaqı Ermənistandan Qarabağ münaqişəsinin həllini tezləşdirməyi tələb edir

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanacaq "Hərtərəfli və Genişləndirilmiş Əməkdaşlıq Sazişi"nin mətni və sənədin qeyri-rəsmi variantı nəşr olunub.

357 səhifədən ibarət olan sazişin noyabrın sonunda Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı sammitində imzalanması planlaşdırılır.

"Məlumatlı Vətəndaşlar Birliyi" sözügedn sazişin bəzi detallarını mətbuat üçün açıqlayıb. Qeyd olunub ki, sənəd Avropa İttifaqı-Ermənistan tərəfdaşlığının müxtəlif növlərini - siyasi, mülki, hüquqi, iqtisadi, energetika, ekoloji, təhsil, mədəniyyət və digər sahələrdə, eləcə də bu sahələrdə islahatlar və inkişafın aparılmasını nəzərdə tutur.

Saziş giriş və 8 hissədən ibarətdir.

1) Məqsədlər və ümumi prinsiplər;

2) Siyasi dialoq və islahatlar: xarici və təhlükəsizlik siyasəti sahəsində əməkdaşlıq;

3) Ədalət, azadlıq və təhlükəsizlik;

4) İqtisadi əməkdaşlıq;

5) Əməkdaşlıq üzrə digər siyasətlər;

6) Ticarət və ticarətlə bağlı məsələlər;

7) Maliyyə yardımı və fırıldaqçılığa qarşı mübarizə və nəzarətlə bağlı müddəalar;

8) İnstitusional, Ümumi və Yekun müddəalar.


Sözügedən sənəddə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Sənəddə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Ermənistanın öhdəliyinin vacibliyi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə aparılan danışıqlar çərçivəsində mümkün qədər tez həllinin önəmi xüsusilə vurğulanıb.

Həmçinin, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında müəyyən edilmiş məqsəd və prinsiplər, xüsusilə, təhlükə təhdidinin və ya istifadəsinin qarşısının alınması, dövlətlərin ərazi bütövlüyü və xalqların bərabər hüquqları, öz müqəddəratını təyin etmək prinsipləri Avropa İttifaqının təsdiq edilmiş öhdəliyi ilə bağlı həll prosesinə əsaslanmalı olduğu vurğulanıb.(azvision.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}