ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Tarix: 16-03-2016 14:51 | Bölmə: Dünya


ABŞ Dövlət Departamenti Krımın Rusiya tərəfindən ilhaq olunmasının ikinci ildönümü ərəfəsində bəyanat verib.

Bəyanatda yarımada Ukraynaya qaytarılana kimi sanksiyaların qüvvədə qalacağı bildirilib.

"Biz XXI əsrdə sərhədlərin güc yolu ilə yenidən çəkilməsini qəbul etməyəcəyik. İşğal davam etdiyi müddətdə sanksiyalar qüvvədə qalacaq. Biz Rusiyanı işğalı dayandırmağa və Krımı Ukraynaya qaytarmağa çağırırıq”,- deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Dünən isə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland bildirib ki, Dövlət Departamenti Krımın zəbt edilməsinə görə Rusiyaya qarşı tətbiq oluna biləcək sanksiyaların yeni variantlarını öyrənməyə davam edəcək.Nuland xatırladıb ki, ABŞ və Avropa Birliyinin qüvvədə olan sanksiyaları Krıma investisiyaların qoyulmasını tamamilə qadağan edir.

"Biz daha hansı addımları ata biləcəyimizi öyrənməyə davam edəcəyik”, - Nuland Senatda keçirilən dinləmələrdə deyib.

Qeyd edək ki, 2014-cü il martın 16-da Krımda muxtar respublikanın statusu haqqında referendum keçirilib. Rusiya tərəfinin açıqladığı rəqəmlərə görə, əhalinin 90 faizindən çoxu Ukraynadan ayrılmaq və Rusiyaya birləşmək üçün səs veriblər. Martın 18-də isə Ukraynanın Krım regionu və Rusiya Krım və Sevastopol şəhərinin Rusiyanın tərkibinə daxil olması haqqında saziş imzalayıblar. Qərb bu hadisəni işğalın rəsmiləşdirilməsi hesab etsə də, Moskva hər şeyin yarımada əhalisinin iradəsi və beynəlxalq normalara, o cümlədən BMT-nin nizamnaməsinə uyğun baş verdiyini bildirir.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}