17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Terror dəhlizi yaradılmasına imkan verməyəcəyik” – Ərdoğan
Tarix: 30-10-2017 12:30 | Bölmə: Dünya / Xəbərlər
“Terror dəhlizi yaradılmasına imkan verməyəcəyik”

"İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət veririk. Şimali İraqda baş verən hadisələr sadəcə kürdləri deyil, eyni zamanda ərəbələri, türkmanları və digər qrupları yaxından maraqlandırır. Yaddan çıxarmayaq ki, İraq təklikdə kürd, ərəb və ya türkman dövləti olmadığı kimi, Kərkük və Mosul da təklikdə kürdlərin məskəni deyil".

Reyting.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.

Onun sözlərinə görə, İraq Kürdüstanı Regional Hakimiyyəti keçirdiyi qondarma referendumla beynəlxalq hüququ və İraq konstitusiyasını pozub: "Təəssüf ki, Kürdüstan Regional Hakimiyyəti bizim və beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, qondarma referendum keçirmək yolunu seçdi. Bu yolla yalnız İraqın deyil, bütün regionda sülh və sabitliyi təhlükəyə atdı. Keçən dövr ərzində verdikləri bəyanatlar tədricən də olsa, səhvlərini başa düşdüklərini göstərir. Ən qısa müddətdə gözləntilərə cavab verəcək addımlar atmalarını istərdik.

İraq ərazisindəki PKK-nın mövcudluğuna son qoyulması kontekstində İraq hökuməti ilə hər cür əməkdaşlığa hazırıq. Kərkükdə ictimai asayiş və sülhü pozmağa cəhd edə biləcək PKK terror təşkilatının bu regionda sığınacaq tapmasına vasitəçi olanlar buna görə bizim tərəfimizdən cavabdeh hesab olunacaqlar. İraq hökumətinin Kərkükü geri almasını, eləcə də PKK terror təşkilatının hərəkətlərinə göz yumulmayacağı, bunların səfərbər edilməsinin müharibə elan olunması kimi qəbul ediləcəyinə dair bəyanatını razılıqla qarşıladıq.

Türkiyə ölkədə daimi sülh və sabitliyin təmin olunması məqsədilə atacağı addımlarda İraq hökumətinin yanında olacaq".

Ərdoğan qeyd edib ki, Türkiyənin Suriyada münaqişəyə yalnız siyasi həll yolu ilə son qoyulacağına inamı dəyişməzdir:

"İstər Astana görüşü, istərsə Cenevrə görüşləri ilə Suriyada inkişaf etdirilməyə çalışılan siyasi keçid prosesinə olan güclü dəstəyimiz də davam edəcək.

İdlip-münaqişəsiz bölgə ilə bağlı müzakirə prosesində biz müxalifətin zəmanətçisi qismində razılıq əldə olunmasında müəyyənedici rol oynadıq. Bu zaman bölgədəki müxətlif qrupların məsələyə yanaşma tərzi və rəylərini də nəzərə almağa səy göstərdik.

Atəşkəsin davam etməsinə nail olmaq məqsədi ilə İdlib istiqamətində əməliyyat həyata keçirdik. Bu əməliyyatla, Fərat Qalxanı Əməliyyatı ilə özümüzə bölgəmizdə yaratdığımız sahəni İdlibin təhlükəsizliyini təmin etməyə dair yeni addımla daha da inkişaf etdirdik. Bu yolla təhlükəsizliyimizi təhdid edənlərə qarşı hər cür tədbir görə biləcəyimizi nümayiş etdirdik. Cənub sərhədimizdə terror dəhlizi yaradılmasına qətiyyən imkan verməyəcəyik. Suriyadakı münaqişənin siyasi yolla həll edilməsi üçün əlimizdən gələni davam etdirəcəyik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}