Rusiya Suriya ilə bağlı konqresi təxirə salıb
Tarix: 05-11-2017 13:51 | Bölmə: Dünya / Xəbərlər
Rusiya Suriya ilə bağlı konqresi təxirə salıb

Rusiya noyabrın 18-nə planlaşdırdığı Suriya Xalqlarının Konqresini təxirə salıb. Buna səbəb Türkiyənin etirazıdır.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

İ.Kalın deyib ki, Rusiya toplantıya PKK terror təşkilatının Suriya qolu PYD-nin dəvət edilməyəcəyini də Ankaranın nəzərinə çatdırıb.

Qeyd edək ki, toplantı Soçidə keçiriləcəkdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}