09:56 / 23-04-2018
İkinci Hitler peyda olacaq
Saakaşvili təcridxanada aclıq aksiyasına başlayır
Tarix: 09-12-2017 11:53 | Bölmə: Dünya / Xəbər lenti
Saakaşvili təcridxanada aclıq aksiyasına başlayır

Kiyevdə Odessa vilayətinin keçmiş qubernatoru, Yeni qüvvələr hərəkatının lideri Mixail Saakaşvili saxlanıb.

Bu barədə özünün "Facebook” səhifəsində Ukrayna prokurorunun keçmiş müavini David Sakvarelidze yazıb.

"Mixaili tutdular! Onu Askoldova - UTX-yə aparırlar”, - o yazıb.

Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Saakaşvilinin təcridxanada müddətsiz aclıq elan etdiyi bildirilir.

Reyting.az virtualaz.org-a istinadla xəbər verir ki, bunu Saakaşvilinin vəkili Ruslan Çernolutski jurnalistlərə bildirib.

“Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını elan edir. O, məcburi qidalandırmaya müqavimət göstərəcək”,-vəkil deyib.

Onun sözlərinə görə, əgər məhkəmə Saakaşvilinin barəsində 60 günlük həbs qətimkan tədbiri seçsə siyasətçi “daha sərt formada” aclıq edəcək. Hərçənd Ukrayna Baş prokurorluğu bildirib ki, məhkəmədə Saakaşvilinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə yox, elektron qolbaq gəzdirmək şərti ilə ev dustaqlığı seçilməsi üçün vəsatət qaldıracaq.
Saakaşvili mütəşəkkil qruplaşma ilə əlbir olmaqda və dövlət çevrilişi cəhdində ittiham olunur. İttihama əsasən o, keçmiş prezident Viktor Yanukoviçin tərəfdarı olan və hazırda Rusiyada yaşayan oliqarx Sergey Kurçenkodan pul alıb və hakimiyyət çevrilişi hazırlayıb. Saakaşvili isə bu ittihamları qurama adlandırır.

Reyting.az




Bölməyə aid digər xəbərlər