BMT Trampın qərarını qəbuledilməz sayır
Tarix: 22-12-2017 09:08 | Bölmə: Dünya / Xəbərlər
BMT Trampın qərarını qəbuledilməz sayır

BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.

Səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9 - əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Qonduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.

Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

Qətnamə həmçinin tələb edir ki, bütün dövlətlər BMT TŞ-in qətnamələrinə zidd olan tədbir və addımları atmasınlar.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}