“Terrorla mübarizəni ön plana çəkməliyik" - R.T.Ərdoğan
Tarix: 15-11-2015 18:24 | Bölmə: Dünya


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizənin G20 sammitində əsas müzakirə mövzusu olmasını vacib sayır.

Məlumata görə, G20 sammitinin, əsasən, iqtisadi və qlobal təhlükəsizlik məsələlərə həsr olunmasına baxmayaraq, Ərdoğan hesab edir ki, ölkə liderləri, ilk növbədə, Suriya və İraqdakı münaqişələri müzakirə etməlidir.

"Biz indi elə bir məqama çatmışıq ki, artıq terrorla yalnız sözdə mübarizə aparmaq olmaz. Bu problemin həllini ön plana çəkməliyik”,- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, G20 sammiti 15–16 noyabr tarixlərində Antalya şəhərində keçiriləcək. Sammitdə, ümumilikdə, 13 min nəfər iştirak edəcək. Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Antaliyaya yola düşüb.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland Parisdə baş vermiş terror aktları səbəbindən G20 sammitinə getməkdən imtina edib.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}