07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
İranın sabiq prezidenti saxlanılıb
Tarix: 07-01-2018 14:26 | Bölmə: Dünya / Xəbərlər
İranın sabiq prezidenti saxlanılıb

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verdiyi üçün saxlanılıb.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bu barədə "Al-Quds Al-Arabi" qəzeti Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

Qəzet yazıb ki, M. Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb.

M. Əhmədinejad ötən cümə axşamı Buşəhrdə aksiyaçılar qarşısında çıxışında deyib ki, bəzi məmurlar insanların problemlərindən uzaqdır və cəmiyyətdəki real vəziyyət barədə məlumatsızdırlar. M. Əhmədinejad insanların hazırkı hakimiyyətdən narazı olduğunu, hakimiyyətin resursları inhisara aldığını vurğulayıb.

Rəsmi Tehran hələ məsələyə rəsmi şərh verməyib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}