11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
“Bəşər Əsədlə bağlı fikir ayrılığı var" - Con Kerri
Tarix: 15-11-2015 18:41 | Bölmə: Dünya



Vyanada Suriya münaqişəsinin nizamlanmasına həsr olunan çoxtərəfli görüş başa çatıb. Görüş beş saat davam edib.

Məlumata görə, görüş iştirakçıları arasında birgə sənəd razılaşdırılıb. Sənədin yaxın zamanda mətbuata təqdim olunacağı gözlənilir.

"Görüş iştirakçıları arasında Bəşər Əsədin gələcəyi də daxil olmaqla, bir sıra məsələlər üzrə fikir ayrılığı qalmaqdadır”,- deyə görüşdən sonra ABŞ dövlət katibi Con Kerri, Rusiya XİN rəhbəri Sergey Lavrov və BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffano de Mistura ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"ABŞ əmindir ki, prezident Bəşər Əsədin hakimiyyətdə qalması Suriyada terrorçuluğun genişlənməsi də daxil olmaqla ölkədəki problemlərin həllinə kömək etməyəcək. Nə diktator, nə də terrorçular Suriya böhranının həlli yolu deyil”,- deyə o qeyd edib.

Görüş iştirakçıları Suriyada tezliklə atəşkəsə nail olmağa dair razılığa gəliblər. Atəşkəsə əməl olunmasının monitorinqini xüsusi qrup həyata keçirəcək.

Terror qruplaşmalarının siyahısını yaxın günlərdə razılaşdırmaq planlaşdırılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}