Mövlud Çavuşoğlu: “Bu əməliyyatla bağlı kimsəylə bazarlıq etməmişik”
Tarix: 24-01-2018 21:54 | Bölmə: Dünya
Mövlud Çavuşoğlu: “Bu əməliyyatla bağlı kimsəylə  bazarlıq etməmişik”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Zeytun budağı" əməliyyatı ilə bağlı yeni açıqlamalar verib.

M. Çavuşoğlu Fransada ABŞ Dövlət katibi Tillersonla görüşündə bir çox məsələlərin müzakirə olunduğunu bildirib:

"Hazırda əsas hədəfimiz Afrin və oradakı terrorçulardır. Bu əməliyyatdan sonra və ya buna paralel olaraq Menbiç və Fərat çayının şərqində də yeni əməliyyatlara başlaya bilərik. Vaxtı ilə bu bölgə ilə bağlı ABŞ bizə verdiyi vədə əməl etmədi. Bunu bu gün Tillersonla görüşdə də açıq dedim".

M. Çavuşoğlu bəyan edib ki, Türkiyənin hədəfi kürdlər deyil: "Bunu dəfələrlə bəyan etmişik. Hədəfimiz terrordur. Afrində PKK-nın qolu olan PYD, YPG kimi terror qrupları ilə yanaşı, İŞİD də var. Onlar Afrindən sərhədimizi keçərək, Türkiyədə terror etməyə çalışırdılar. Eyni zamanda, sərhədi keçərək, Fransa kimi ölkələrə getməyə cəhd edirlər. Afrində İŞİD-lə YPG arasında işbirliyi var. Biz də onları məhv edirik".

Nazir Afrin əməliyyatına başlamaq üçün Rusiya və Suriya anlaşma olub-olmadığı haqda suala da cavab verib: "Biz heç bir ölkə ilə anlaşmadıq. Sadəcə, gərəkli ölkələrə əməliyyat haqqında bilgi verdik. Suriya rejimindən də icazə istəmədik. Bir sözlə, bu əməliyyatla bağlı kimsəylə bazarlıq ya da anlaşmamız olmayıb. Bu əməliyyat Türkiyənin təhlükəsizlik məsələsidir".(mia.az)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}