Pentaqon Türkiyə ilə danışıqları davam etdirəcək
Tarix: 31-01-2018 22:14 | Bölmə: Dünya
Pentaqon Türkiyə ilə danışıqları davam etdirəcək

“Suriyanın Menbiç şəhəri ilə bağlı məsələni qarşılıqlı əməkdaşlıqla həll edə bilərik və bu istiqamətdə müzakirələri davam etdirəcəyik”.

“Haber7” xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, mayor Adrian Qallovey bildirib.

O, “Türkiyə və ABŞ qüvvələri Menbiçdə qarşı-qarşıya gələ bilərmi” sualına cavab olaraq deyib ki, rəsmi Ankara ilə bütün səviyyələrdə problemin həllinə cəhd göstərirlər: “Bu zaman Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını göz önünə alır, İŞİD-ə qarşı təzyiqləri əvvəlki səviyyədə saxlamağa çalışırıq. Bu problem yalnız qarşılıqlı əməkdaşlıqla həll edilə bilər. NATO-dakı müttəfiqimizin yanındayıq. Türkiyənin rəsmi şəxsləri ilə müzakirələrimizi davam etdirəcəyik”.

Qeyd edək ki, rəsmi Ankara Suriyanın Afrin bölgəsindən sonra Menbiçdə antiterror əməliyyatı keçirəcəyini açıqlayıb. Türkiyə rəsmiləri bildirirlər ki, Suriyanın bu bölgəsi ərəblərə aiddir. Terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG silahlıları bölgəni işğal ediblər. Vaşinqton isə bundan əvvəl orada hərbçilərinin olduğunu və Menbiçi tərk etməyəcəklərini bildirmişdi.(Report)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}