Rusiya terrorçunu həbs etmək istəmir - Nazir
Tarix: 01-02-2018 13:24 | Bölmə: Dünya / Xəbərlər
Rusiya terrorçunu həbs etmək istəmir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə keçirilən Suriya toplantısını qiymətləndirib.

O, bununla bağlı jurnalistlərin suallarını cavablandırırakən deyib ki, Suriya müxalifətinin nümayəndələri təmsilçilik hüququnu Türkiyə tərəfinə verib:

“Suriya problemi çox çətin məsələdir. Biz Türkiyənin və müxaliflərin ortaq mövqeyini səsləndirdik. Zirvəyə Mihrac Ural adlı terrorçu da qatılmışdı. Onun siyahıda adı yox idi. Bundan çox narahat olduq. Rusiyadan həmin terrorçunun dərhal tutulmasını və Türkiyəyə ekstradisiyasını istədik. Müttəfiqimiz olan ölkədə terrorçunun belə şou göstərməsi qəbuledilməzdir.

Dünən Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığında Ərdoğan bununla bağlı narahatlığını Putinə bildirdi. Putinin sözlərinə görə, həmin şəxs saxta sənədlərlə görüşə qatılıb”.

Qeyd edək ki, Mihrac Ural 2013-cü ildə Hatayın Reyhanlı rayonunda təşkil olunan və 52 nəfərin ölümünə səbəb olan teraktla bağlı axtarışda olub.(Teleqraf.com)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}