Tehranda iğtişaşlar başlayıb – Ölənlər var
Tarix: 19-02-2018 23:49 | Bölmə: Dünya / Xəbərlər
Tehranda iğtişaşlar başlayıb

İranın paytaxtı Tehranda "Qonabadi" təriqətinin lideri Nemətullah Reyahinin polis tərəfindən nəzarətə alınmasından sonra iğtişaşlar başlayıb.

Təriqət liderinin tərəfdarları ilə polis arasında qarşıdurma yaşanıb. Nəticədə 3 polis əməkdaşı öldürülüb.

İran Polis Təşkilatının sözçüsü Səid Müntəzirulmehdi nümayişçilərdən birinin avtobusla təhlükəsizlik qüvvələrinin arasına girdiyini və 3 polisi öldürdüyünü təsdiqləyib.

O bildirib ki, 3 polisi öldürən şəxs və onunla əlaqəsi olan 8 nəfər həbs edilib.(Axar.az)




Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:41 Niger İrana uran verir?

{sape_links}{sape_article}