14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiya Ermənistanı müharibəyə hazırlayır - Politoloq
Tarix: 25-02-2018 11:51 | Bölmə: Dünya
Rusiya Ermənistanı müharibəyə hazırlayır

Ermənistan gec-tez danışıqların uğursuzluqla bitəcəyini və Azərbaycanın müharibəyə başlayacağını bilir.

Reyting.az
-ın xəbərinə görə, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

"İrəvan onu da anlayır ki, danışıqlarla hədəflərinə nail ola bilməyəcək. Çünki Azərbaycan Dağlıq Qarabağı ermənilərə güzəştə getməyəcək. Bu baxımdan ermənilər Azərbaycanın ordu quruculuğu və döyüş hazırlığı sahəsində ciddi surətdə irəlilədiyini görürlər. Ona görə də Aprel döyüşlərinin təcrübəsindən çıxış edərək hazırlıqlara başlayıblar. Ruslar da geniş surətdə işğalçıya yardım edir. Deməzdim ki, Ermənistan hücum əməliyyatlarına hazırlaşır. Ermənilər Azərbaycan Ordusunun haçansa hücuma keçəcəyini bilir və daha çox müdafiə döyüşlərinə hazırlaşır”, - politoloq bildirib.

Q.Hüseynli son günlər Ermənistan ərazisindən Dağlıq Qarabağa gələn qoşun hissələrinin sayının xeyli artdığını bildirib:

"Xüsusən də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin Aprel hadisələrindən sonra Cənubi Qafqaz bölgəsində Ermənistan-Azərbaycan savaşının güclənə biləcəyinə dair proqnozundan sonra Rusiyadan da bu tipli mesajlar sürətlə tirajlanmaqdadır. Rusiyada müəyyən dairələr hazırda Ermənistanı qızışdırmaq xətti tutublar. Görünür, müharibə haqqında danışıqlar çoxaldıqca ermənilər ciddi surətdə narahat olur”.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}