Vladimir Jirinovski: “Bizi müharibə ilə təhdid edirlər”
Tarix: 17-03-2018 09:52 | Bölmə: Dünya / Xəbərlər
Vladimir Jirinovski: “Bizi müharibə ilə təhdid edirlər”

“İmkan vermək lazım deyil ki, kimsə bizə qarşı tərbiyəsizlik etsin”.

Bunu “Rossiya 1” telekanalında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Əgər bizə ultimatum verirlərsə, o zaman Ali Baş Komandan, Baltik donanmasını Britaniya sahillərinə göndər. Bu gün bizi təhdid edirlər. Satqını kimsə zəhərləyib, amma günahkar Rusiyadır. Biz 150 milyonuq və onlar bizi bombardman etməklə, kiberhücumla, müharibəyə başlamaqla təhdid edirlər. Onların başı xarab olub. Zamanında Nikita Xruşşov deyirdi ki, SSRİ-yə iki raket kifayətdir ki, Britaniya adalarını Yer üzündən silsin”, – deyə o bildirib.(axar.az)




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}