Terrorçular Tel-Rifat şəhərini Suriya ordusuna təhvil verib
Tarix: 01-04-2018 17:24 | Bölmə: Dünya
Terrorçular Tel-Rifat şəhərini Suriya ordusuna təhvil verib

Bu gün PKK terror təşkilatının Suriya qolu PYD/YPG Tel-Rifat şəhərini Suriya ordusuna təhvil verib.

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

Agentliyin məlumatında qeyd edilir ki, hazırda Tel-Rifat şəhəri Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələrin tam nəzarəti altındadır.

Qeyd edək ki, martın 27-də Türkiyənin aparıcı KİV-ləri Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat rayonunu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başladığı və həmin gün Tel-Rifat şəhəri də daxil olmaqla, rayonun nəzarət altına götürüldüyü barədə məlumat yayılıb. Ancaq məlumat təsdiqini tapmayıb.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}