17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Türkiyəni yeni savaşa sövq edirlər - Təhlil
Tarix: 23-04-2018 10:15 | Bölmə: Dünya / Xəbərlər
Türkiyəni yeni savaşa sövq edirlər

Tarixən türklərlə yunanlar arasında ərazi davası olub. Son aylar isə iki dövlət – Türkiyə və Yunanıstan arasında gərginlik daha da artıb.

Reyting.az
xəbər verir ki, “Foreign Policy” nəşrində Yiannis Babuliasın imzası ilə iki dövlət arasındakı gərginlik təhlil olunub.

Həmin təhlildə yazılır ki, qonşu ölkələr 20-ci əsrdə bir-birləri ilə bir neçə dəfə müharibə aparıb və Birləşmiş Ştatlar fəlakətin qarşısını almaq üçün vasitəçilik etməzdən əvvəl, 1996-cı ildə İmiya adasına görə hərbi münaqişəyə yaxın idilər.

Hər iki tərəfin populistləri ucbatından (Bu dəfə Vaşinqtonun müdaxiləsi olmadan) NATO müttəfiqlərinin savaşa yenə yaxın olduqları bildirilir.

Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada təşkil edilən bir tədbirdə bildirib ki, üç yunan Furnoi adasına yaxın bir qayalıqda yunan bayrağını qaldırıb və Türkiyənin sahil mühafizəsi bayrağı endirib. Yunanıstan ordusunun Baş Qərargahı isə son 48 saatda həmin ərazidə heç bir türk gəmisinin görünmədiyini bildirib. Furnoinin bələdiyyə başçısı da adacığa səfər edib və Yunanıstan bayrağının hələ də orada olduğunu deyib.

Göründüyü kimi, rəsmi Afina Yıldırımın iddialarına son dərəcə ciddi şəkildə cavab vermək məcburiyyətində qalıb. Amma bu hadisəndən başqa, təyyarə qəzası da vəziyyəti qəlizləşdirib.

Skiros adasının təxminən 10 mil şimalında türk təyyarəsini izləyən yunan təyyarəsi qəzaya uğrayıb və pilot ölüb.

Türkiyəni yeni savaşa sövq edirlər

Bu, son insident deyil: türk qırıcıları təkcə aprel ayında Yunanıstanın hava sahəsini 30 dəfə pozub. Baş nazir Yıldırımın və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın baş naziri Aleksis Tsiprasa başsağlığı göndərməsinə baxmayaraq, Yunanıstan ictimaiyyəti 34 yaşlı pilotun ölümündə Türkiyəni günahlandırır.

Ötən ay iki yunan ordusu zabitinin həbs edilməsi və casusluq ittihamı ilə üzləşməsi xəbəri də yunanlar arasında qəzəb doğurub.

Egey dənizində Türkiyənin “boz bölgələr” adlandırdığı sahələr mübahisəli yurisdiksiyaya malikdir. Digər tərəfdən, Yunanıstan həmin “boz bölgələri” Lozann müqaviləsi və beynəlxalq hüquqa uyğun olaraq tanıyır.

Keçən il Afinaya səfəri zamanı Ərdoğan Türkiyənin mövqeyini təkrarlayıb. Lozann müqaviləsinin yenidən nəzərdən keçirilməsinin vacibliyini iddia edərək, o, Yunanıstanın şimalındakı Trakiya bölgəsindəki türk azlığı dəlil gətirib.

Ərdoğanın niyyətlərini sanki vurğulayırmış kimi, türk döyüş gəmiləri yaxın vaxtlarda Kiprin yunan seqmentinə yollanan italyan araşdırma gəmisini dayandırıb.

Bu təhlükəli iqlimdə belə, hər iki tərəf ağılsız ritorika ilə məşğuldur.

Türkiyədə Ərdoğan və partiyası Yunanıstana qarşı daha təcavüzkar sözlər səsləndirir, ana müxalifət partiyasının rəhbəri Kamal Kılıçdaroğlu da hazırda “Yunanıstanın işğalı altında olan 18 türk adası”nın geri qaytarılmasının vacibliyini qabardır.

Türkiyənin davranışı Yunanıstan hökuməti ilə müxalifət arasındakı uzlaşmanın yeganə təməlini təmin edib. Solçu “Siriza” partiyasından olan Tsipras Ərdoğanın “sultan” kimi davrandığını, sağ mərkəzçi “Yeni Demokratiya”nın rəhbəri Giorqos Kumutsakos isə Türkiyənin “bölgədə qeyri-sabitlik və gərginlik yaradan avtoritar hakimiyyət ölkəsi” olduğunu söyləyib.

Tsiprasın Türkiyə ilə, daha doğrusu, öz hökuməti ilə (xüsusilə “Müstəqil yunanlar”dan olan kiçik koalisiya tərəfdaşı, müdafiə naziri Panos Kammenosla) problemi var.

“Siriza” ilə “Müstəqil yunanlar” arasındakı tərəfdaşlıq həmişə qəribə olub, lakin indi xüsusilə kəskinləşib. İki partiyanın ortaqlığı – qənaətçi iqtisadiyyat əleyhdarlığıdır. “Siriza”dan olan baş nazir – radikal solçu, Kammenos isə, öz partiyasını qurmazdan əvvəl “Yeni Demokratiya”lı millətçidir.

Kammenosun ABŞ prezidentinin sabiq məsləhətçi Corc Papadopoulos və yunan-rus biznesmen və sabiq deputat İvan Savvidis vasitəsilə müvafiq olaraq Donald Tramp və Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı iddia olunur. O, Tsiprasa Yunanıstan dövləti üçün faydalı əlaqələr və biliklərlə kömək etsə də (naziri yunan “dərin dövlət”i adlandırırlar), xarici siyasətdə ardıcıl baş ağrısıdır. Kammenos və partiyası dəfələrlə Türkiyəyə qarşı hərbi və hətta təcavüzkar bəyanatlar verməklə və ya sadəcə, hökuməti öz siyasəti ilə qarışdırmaqla, Tsiprası çətin vəziyyətdə qoyub.

Müdafiə naziri olaraq Kammenos arada-bərədə Türkiyəyə qarşı “cəsarətləri varsa, gəlib alsınlar”,- bəyanatını da verib. Müdafiə nazirinin partiyasından olan millət vəkili Fotis Kuvelis isə “Yunanıstanın Egey dənizdə elan olunmamış müharibə” apardığını deyib.

Yunanıstan parlamentinin sədr müavini, “Müstəqil yunanlar”ın üzvü də 10 gün ərzində bir-birinə zidd bəyanatlar səsləndirib. Gah Yunanıstanın “Ərdoğana qarşı çox sərt” olduğunu, gah da “biz icazə verməyəcəyik”,- deyib.

Bu problemlər Türkiyə ilə məhdudlaşmır: Kammenos keçmiş Yuqoslaviya Respublikası Makedoniya ilə bağlı da Tsipras üçün problem olub. Qonşu ölkənin adının dəyişdirilməsi tələbində Kammenos geri çəkilməyə məcbur edilib və o, Tsiprasla razılaşıb.

Amma həddən artıq real problem Egey dənizidir. Türkiyənin təxribat strategiyası – Ərdoğandan əvvəlki strategiya – çox güman ki, o getdikdən sonra belə davam edəcək.
Ərdoğan Suriyadakı qaçqın böhranından qaynaqlanan məsuliyyəti öz üzərinə götürməyə razılaşdıqdan sonra Avropa İttifaqına təsir göstərir və son aylarda bu strategiyanı gücləndirib.

Yunanıstan ictimaiyyətində ölkənin istənilməyən qarşıdurmaya doğru gedişinə dair çox real bir qorxu var.

NATO söz duelinə qatılmaq istəmir və hərbi alyansın baş katibi Yens Stoltenberq bildirib ki, bu, NATO-ya aid məsələ deyil.

Lakin Türkiyənin Egeydəki davranışının dəyişəcəyini düşünmək yanlışdır.Bu, keçmişdənqalma mirasdır və əlbəttə, Ərdoğanın yeni Osmanlı xəyallarına tam uyğundur.

Təcavüzün qarşısını almaq üçün bütün tərəflər vəziyyəti çox diqqətlə öyrənməlidir. Amma son nəticədə, qarşıdurmanın labüd ola biləcəyi ehtimalı ilə razılaşmalıyıq.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}