İran 18 milyard dollar cərimə ödəyəcək - Qərar
Tarix: 19-05-2018 22:04 | Bölmə: Dünya
İran 18 milyard dollar cərimə ödəyəcək

Haaqa Beynəlxalq Məhkəməsi İranın Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəməsi barədə qərar qəbul edib.

"Timeturk” xəbər verir ki, bunu İranın Nəcəfabad şəhərindən olan deputat Əbülfəzl Əbu Turabi ölkədə çıxan "Şərq” qəzetinə müsahibəsində bildirib.

İranın Neft Nazirliyinin adının açıqlanmasını istəməyən nümayəndəsi isə bildirib ki, Mahmud Əhmədinejadın prezidentliyi dövründə rəsmi Tehran Birləşmiş Ərəb Əmirlikərinin "Crescent Petroleum” neft-qaz şirkəti ilə imzalanan müqaviləni pozub.

İran Milli Neft Şirkəti ilə "Crescent Petroleum” arasında müqavilə 2001-ci ildə imzalanıb. Müqavilə şərtlərinə əməl etmədiyi üçün şirkət İranı məhkəməyə vermişdi.(Report)




Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:41 Niger İrana uran verir?

{sape_links}{sape_article}