07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
ABŞ İrana 12 şərt irəli sürüb
Tarix: 21-05-2018 20:23 | Bölmə: Dünya / Xəbərlər
ABŞ İrana 12 şərt irəli sürüb

ABŞ dövlət katibi Maykl Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb.


“Associated Press” agentliyinin məlumatına görə, ABŞ dövlət katibi deyib ki, Tehran uranın zənginləşdirilməsi üzrə işləri dayandırmalı və heç vaxt pluton emalı ilə məşğul olmamalıdır.

M. Pompeo İranın ballistik raketlərin yayılmasını və raket hazırlanmasını dayandırmalı olduğunu bildirib. Eyni zamanda, o qeyd edib ki, Tehran Yaxın Şərqdə fəaliyyət göstərən terrorçu qruplaşmaları maliyyələşdirməməlidir. ABŞ İranın Suriyadakı bütün qüvvələrini çıxarmasını da istəyir.

M. Pompeo deyib ki, İran bu şərtləri qəbul edib, siyasətini dəyişməsə, ona qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək.

Qeyd edək ki, bu il mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Bu razılaşma Tehranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılması qarşılığında BMT Təhlükəsizlik Şurası, o cümlədən ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların qaldırılmasını nəzərdə tutub.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}