14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
ABŞ prezidenti baş naziri ikiüzlü adlandırıb
Tarix: 11-06-2018 01:54 | Bölmə: Dünya / Xəbərlər
ABŞ prezidenti baş naziri ikiüzlü adlandırıb

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonu sərt şəkildə tənqid edib.

Prezident D. Tramp baş nazir C.Trüdonun ABŞ-ın polad və aliminiuma gömrük vergisi tətbiq etməsindən sonra G-7 Liderlər Zirvəsinin hesabatını imzalamayacağını açıqlayıb.

Tvitterdən yazılı açıqlama verən Tramp “Baş nazir Castin Trüdo mən zirvədən ayrıldıqdan sonra mətbuat konfransı təşkil edərək ABŞ-ın gömrük vergilərinin həqarət olduğunu deyənə qədər G-7 toplantılarımızda çox həssas və nəzakətli davrandı. Olduqca ikiüzlü və zəif”, - sözlərini işlədib.

ABŞ-ın yeni gömrük vergilərini Kanadanın Amerika istehsalı olan süd məhsullarına tətbiq etdiyi 270% gömrük vergisinə cavab olaraq tətbiq etdiyini yazan Tramp bildirib:

“Castinin mətbuat konfransındakı yanlış açıqlamalarına və Kanadanın amerikalı fermer, işçi və şirkətlərinə tətbiq etdiyi böyük gömrük vergilərindən dolayı ABŞ təmsilçilərinə G-7 toplantılarının hesabatını imzalamayacağımı dedim”.

Qeyd edək ki, G-7 zirvəsinin sona çatmasından sonra Kanadanın baş naziri mətbuat konfransı keçirmiş və Trampı ağır tənqid etmişdi.

Kanadalıların I Dünya müharibəsindən etibarən amerikalılarla çiyin-çiyinə vuruşduğunu xatırladan Trüdo Amerikanın yeni gömrük vergilərinin Kanada xalqına həqarət olduğunu bildirmişdi.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}