Rusiya qonşu ölkənin hava sərhədlərini pozdu - Rəsmi açıqlama
Tarix: 15-04-2016 11:28 | Bölmə: Dünya


Rusiyaya məxsus hərbi helikopterlər Litvanın hava sərhədini pozub.

Reyting.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinə istinadən axar.az saytı məlumat yayıb.

Məlumatda Rusiyaya məxsus 3 hərbi helikopterin Kalininqrad şəhərindən qalxaraq, Litvanın Lazdijai bölgəsindəki hərbi bölgəyə daxil olduğu, daha sonra isə geri qayıtdığı bildirilib.

Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidmətinin rəhbəri Renatas Pozela radarlara düşməyən helikopterlərin sərhədçilər tərəfindən təsbit edildiyini bildirib:

"Bunun sərhəd pozuntusu olduğu bizə bildirildi. Biz də əlimizdə olan məlumatları Silahlı Qüvvələrə ötürdük".

Litva Silahlı Qüvvələrinin nümayəndəsi Tomas Pakalniskis açıqlamasında rus helikopterlərinin alçaqdan uçduqları üçün radarlara düşmədiklərini bildirib.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}