11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Donald Tramp: “Putinlə görüşdən çox şey gözləmirik”
Tarix: 12-07-2018 15:22 | Bölmə: Dünya / Xəbərlər
Donald Tramp: “Putinlə görüşdən çox şey gözləmirik”

ABŞ prezidenti Donald Tramp iyulun 16-da Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb.

“RİA Novosti”nin xəbərinə görə, D. Tramp V. Putinlə Suriya və Ukraynadakı vəziyyəti, eləcə də Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini müzakirə edəcəyini deyib.

“Biz bu görüşə çox şey gözləmədən gedirik. Biz Suriya məsələsini aydınlaşdırmaq istəyirik. Eləcə də, biz sizin sevimli sualınız olan seçkiyə müdaxilə barədə soruşacağıq, mən bir daha bu sualı verəcəyəm. Biz digər məsələləri, o cümlədən Ukraynanı da müzakirə edəcəyik”, - deyə o, amerikalı jurnalistlərə bildirib.

D. Trampın sözlərinə görə, V. Putin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini inkar edə bilər, lakin o, istənilən halda bu məsələni qaldıracağını və bir daha bu halın təkrar olunmamasını istəyəcəyini söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}