14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Tramp Putini Vaşinqtona səfərə dəvət edib
Tarix: 20-07-2018 00:26 | Bölmə: Dünya / Xəbərlər
Tramp Putini Vaşinqtona səfərə dəvət edib

ABŞ prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putini bu ilin payızında Vaşinqtona səfərə dəvət edib.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders özünün “Twitter” hesabında yazıb.

“Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməyə çağırıb. Səfərlə bağlı müzakirələr artıq başlayıb”, - S. Sanders yazıb.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}