16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan: “S-400”lər üçün kimdənsə icazə almamalıyıq”
Tarix: 02-09-2018 13:35 | Bölmə: Dünya / Xəbərlər
Ərdoğan: “S-400”lər  üçün kimdənsə icazə almamalıyıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınacaq “S-400” Zenit Raket Sistemləri ilə bağlı ABŞ-a mesaj yollayıb.

Ərdoğan ölkəsinin bu sistemləri əldə etməsi üçün heç kimdə icazə istəməməli olduğunu deyib. “Biz Rusiya ilə “S-400” müqaviləsini bağlamışıq və bu bəzilərini narahat edir. Üzr istəyirik, amma heç kimdən icazə almırıq”, – Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Türkiyə lideri avqustun 31-də Rusiyadan “S-400” sistemlərinin ən qısa müddətdə alacaqlarına ümid etdiyini bildirib.(Milliyet)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}