16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Dövlət başçıları bəyannamə qəbul edib
Tarix: 08-09-2018 10:23 | Bölmə: Dünya
Dövlət başçıları bəyannamə qəbul edib

Suriya problemi ilə əlaqədar İranın paytaxtı Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli sammitində tərəflər birgə bəyannamə imzalayıblar.

Birgə bəyannamədə Suriyanın suverənliyinin dəstəklənməsi, suriyalı qaçqın və məcburi köçkünlər haqqında beynəlxalq konfransın keçirilməsi və sair bu kimi məsələlər öz əksini tapıb.

Ortaq bəyanatda aşağıdakılar nəzərdə tutulub:

Prezidentlər Astana formatı ilə əldə edilən nailiyyətlərdən məmnunluqlarını ifadə ediblər.

Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiq qaldıqlarını, habelə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərini əsas gətirərək buna hər kəs tərəfindən hörmət edilməsinin lazım olduğunu vurğulayıblar.

Ankaradakı son görüşdən sonra mövcud vəziyyəti müzakirə edib, Suriya Ərəb Respublikası ilə əlaqəli hadisələrin yekun inkişafına nəzər salıblar.

İŞİD və Əl-Qaidə ilə əlaqəli qrup və təşkilatların, Əl-Nusra cəbhəsinin və bu kimi bütün terror qruplaşmalarının tamamiilə məhv edilməsi üçün əməkdaşlığı davam etdirməyi qərara alıblar.

Onlar Suriya münaqişənin hərb yolu ilə deyil, danışıqlar və siyasi proseslər yolu ilə həll edilə biləcəyinə inamlarını ifadə ediblər.

Suriyada siyasi vəziyyətin sabitləşdirilməsi üçün Konstitusiya Komitəsinin yaradılmasına və işə başlamasına kömək göstərməyə hazır olduqlarını təsdiqləyiblər.

Suriyadakı qaçqınların və məcburi köçkünlərin təhlükəsiz və könüllü şəkildə öz ilkin yaşayış yerlərinə qayıtmaları üçün lazımi şəraitin yaradılmasını qeyd ediblər.

Beynəlxalq Qızıl Xaç Komitəsi və BMT ekspertlərinin iştirakı ilə qaçırılan, saxlanılan şəxslərin və meyitlərin geri qaytarılması üçün işçi qrupunun işini alqışlayıblar.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə növbəti görüşün Rusiyada keçirilməsi qəbul edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}