12:02 / 19-04-2024
Kəmaləddin Heydərov polkovniki yüksək vəzifəyə təyin edib
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
11:47 / 19-04-2024
Razi Nurullayev: "Yeni agentlik və ya komitə yaradılsın"
11:41 / 19-04-2024
MN: "Rusiyanın bombardmançı təyyarəsini vurduq"
11:34 / 19-04-2024
Deputat Milli Məclisdə: "Sülhməramlıların Qarabağdan çıxarılması..."
11:19 / 19-04-2024
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim keçirib - Video
11:16 / 19-04-2024
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
11:13 / 19-04-2024
Daha bir ölkə fransız diplomatlarını qovub
11:04 / 19-04-2024
Milli Məclisin növbəti iclası başlayıb
10:59 / 19-04-2024
Kamran Həsənli “Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var”
10:48 / 19-04-2024
S&P İsrailin kredit reytinqini aşağı salıb
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
10:17 / 19-04-2024
Kluba ayrılan pullar mənimsənilib, oyun "satış"ı iddiası var - "İrəvan"da "xal" qalmadı...
09:59 / 19-04-2024
Avstraliya vətəndaşlarını İsraildən çıxmağa çağırıb
09:47 / 19-04-2024
"Fənərbağça"nın baş məşqçisi: "Azarkeşlərimizdən utandıq"
09:37 / 19-04-2024
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
09:31 / 19-04-2024
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
09:19 / 19-04-2024
Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib
09:00 / 19-04-2024
Sumqayıtda oğul ata və anasını öldürüb
01:02 / 19-04-2024
Konfrans liqası: "Fiorentina" 2 qolla qələbə qazanıb
00:35 / 19-04-2024
"Arsenal" türk oyunçunu "radar"a salıb
00:01 / 19-04-2024
ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyəcək
23:01 / 18-04-2024
Türkiyədə üç ard-arda güclü zəlzələ olub
21:24 / 18-04-2024
Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub
19:04 / 18-04-2024
Respublika Pediatriya Mərkəzi yaradılıb
18:49 / 18-04-2024
Narkokuryer Hacıqabulda 12 kq narkotiklə saxlanılıb
18:03 / 18-04-2024
Bakıda qətl: Elvin Əsədovun cinayət işi məhkəməyə göndərilib
17:55 / 18-04-2024
ABŞ və Britaniya İrana qarşı sanksiyaları genişlənidirib
17:44 / 18-04-2024
Əfv edilənlərin içində niyə qadınlar az olur? - Açıqlama
17:40 / 18-04-2024
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14:18 / 14-04-2024
Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
22:33 / 14-04-2024
İsrail prezidenti: "Bu, əsil müharibə elanıdır"
15:07 / 17-04-2024
Hikmət Hacıyev: “Sülhməramlıların Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib”
13:58 / 16-04-2024
Agentlik sədri vəzifədən azad edilib - Yeni təyinat
14:31 / 14-04-2024
Paris-2024: Azərbaycan millisi lisenziya qazanıb
10:57 / 18-04-2024
60 milyard dollarlıq yardımın önü açılır
13:03 / 15-04-2024
Məşhur aktyor kinodan qovulub
Xanıma prezident seçilmək şansı yaranıb - Gürcüstanda
Tarix: 15-09-2018 21:11 | Bölmə: Dünya / Xəbərlər
Gürcüstanın hakim partiyası oktyabrın 28-də keçiriləcək prezident seçkilərində müstəqil namizədi, keçmiş xarici işlər naziri Salome Zurabişvilini dəstəkləyib. Çox güman ki, seçkilərdə məhz o qalib gələcək və Gürcüstan tarixində ilk qadın prezident olacaq.
Salome Zurabişvilinin namizədliyi həm də ona görə nadir hadisədir ki, müstəqil Gürcüstan tarixində ilk dəfə olaraq hakim partiya (hazırda hakim partiyanı “Gürcüstan arzusu – Demokratik Gürcüstan” təmsil edir) prezidentliyə öz namizədini irəli sürmür, müstəqil namizədi dəstəkləyir.
Partiyada bunu Gürcüstanda maksimum plüralizmin təmin edilməsi üçün etdiklərini söyləyirlər. Müxalifətdə olduğu kimi, təhlilçi dairələrdə də 2016-cı ildə keçirilən parlament seçkilərində hakim partiyanın dəstəyini alan və majoritar deputat (yəni öz seçki dairəsində daha çox səs qazanan) seçilən Zurabişvilinin müstəqilliyi nominal hesab edilir.
Bu prezident seçkisi Gürcüstanda keçiriləcək sonuncu ümummilli prezident seçkisidir. 2024-cü ildən etibarən prezidenti artıq 300 nəfərdən ibarət seçki kollegiyası seçəcək.
Yeni seçilən prezidentin andiçmə mərasimindən sonra qüvvəyə minəcək yeni konstitusiya hökümətin birdəfəlik parlament modelinə keçidini nəzərdə tutur. Beləliklə, yeni konstitusiyaya görə, prezidentin səlahiyyətləri məhdudlaşdıralacaq.
Lakin buna baxmayaraq Mərkəzi Seçki Komissiyasına rekord sayda namizəd – 46 nəfər müraciət edib.
Fransadan Gürcüstana
Salome Zurabişvili tanınmış gürcü ailəsindəndir. Fransada gürcü siyası mühacir ailəsində doğulan Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib.
Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.
Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan xanım, Saakaşviliyə müxalifət mövqeyinə keçib.
2010-cu ilə qədər “Gürcüstanın yolu” müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub.
2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib.
Bu, onun Gürcüstan prezidenti olması üçün ilk cəhdi deyil. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi.
Bu dəfə isə Zurabişvili prezidentliyə namizəd kimi qeydə alınana qədər fransız vətəndaşlığından imtina edib.
Rusiya məsələsi
Çoxları hesab edir ki, Zurabişvilinin Gürcüstanın xarici işlər naziri kimi əsas xidmətlərindən biri danışıq prossesinə kömək etməsi və Rusiya bazasının Gürcüstan ərazisindən çıxarılması barədə razılığın əldə edilməsidir.
Lakin buna baxmayaraq, onun seçkiqabağı kampaniyası başlayan kimi Rusiyayla bağlı fikirlərinə görə – 2008-ci ilin avqust müharibəsi bəyanatına görə Zurabişviliyə qarşı bir sıra ittihamlar irəli sürülüb.
Jurnalistin sualına cavab verən Zurabişvili deyib ki, Rusiya Gürcüstana qarşı müharibəni hələ yüz il əvvəl başlayıb, lakin Gürcüstan münaqişənin yeni dövrünü başladan Rusiya təxribatına cəlb olunub.
Salome Zurabişvilinin bəyanatı müxalifət və bir çox hakim partiya nümayəndələri tərəfindən bəyənilməyib. Daha sonra o izah edib ki, 2008-ci ildə təcavüzkar rolunda Rusiya çıxış edib. Lakin onun sözlərinə görə, Rusiya təxribatına hərbi cavab verməklə Saakaşvili və ətrafı Moskvanın xeyrinə addım atıb.
Zurabişvilinin fikrincə, Rusiya bundan Gürcüstana qarşı müharibəni başlatmaq üçün səbəb kimi istifadə edib.
“Bu, Saakaşvilinin və Milli Hərəkatın gürcü xalqı və dövləti qarşısında böyük cinayəti idi. Bunu xatırlamaq bizim vətəndaşlıq borcumuzdur”,- deyə o yazıb. “Açıqlama tamamilə “Gürcüstan arzusu”nun mövqeyinə uyğun gəlir – Rusiya 2008-ci ildəki müharibənin təcavüzkarı və təşəbbüskarı olub. Əgər Saakaşvili hökumətinin avantürist yanaşması olmasaydı Moskva heç bir şey edə bilməzdi”.
Formal müstəqillik
Təhlilçilər iddia edirlər ki, baxmayaraq ki, Zurabişvili “Gürcüstan arzusu” liderlərinin sıralarında deyil, onu tamamilə müstəqil namizəd adlandırmaq çətindir.
“Zurabişvili son illər ərzində sübut edib ki, o, “Gürcüstan arzusu” partiyasının ən aqressiv fəallarından biridir və hakim partiyanın bu seçkilərdə öz namizədinin olmaması barədə iddia yoxdur, bu inandırıcı deyil”, Giya Xuxaşvili belə hesab edir.
“Prezident institutunun özü hakimiyyətin yenidən bölüşdürülməsi mənasında xüsusi rol oynamır, ona görə də xüsusi risk olmadan onlar (hakim partiya) müəyyən “sümük” ata bilərlər.
Lakin məlum oldu ki, onlar buna sona qədər hazır deyillər və belə bir saxta demokratiya tamaşası oynamağa cəhd etdilər. Bu, hər kəsin gördüyü kənddəki əyalət tamaşasına bənzəyir. Hamı tamaşaya gedir, çünki kənddə başqa əyləncə yoxdur”,- ekspert deyir.
“Gürcüstanın arzusu” partiyası ilə fəal əməkdaşlıq etməyinə baxmayaraq Zurabişvili çətin ki hər şeydə Bidzina İvanaşvilinin partiyası ilə razılaşsın.
“Gələcəkdə nə baş verəcək, kimsə bilmir. Çünki Zurabişvili çox asanlıqla münaqişəyə və başqaları ilə qarşıdurmaya girir. Ona görə də, məncə, “Gürcüstan arzusu” üçün Zurabişvili böyük töhfə olmayacaq”, Gürcüstan Siyasət İnstitutunun direktoru Korneliy Kakaçiya belə hesab edir.
“Hakim partiyanın daxilində Zurabişvilinin dəstəklənməsiylə bağlı tam razılıq olmayıb. Lakin həlledici söz bu dəfə partiyanın sədri Bidzina İvanişvilidiə olub”, Kakaçiya belə düşünür.
O, qeyd edib ki, baxmayaraq ki, Gürcütanda prezident postu böyük təsirə malik deyil, həm müxalifət həm də hakim partiya üçün bu seçkilər 2020-ci ildə keçiriləcək parlament seçkilərindən əvvəl hazırlıq məşqidir.
O, “Gürcüstan arzusu”nun nəyinə lazımdır?
“Gürcüstan arzusu” üçün bu seçkilərdə onların namizədinin məğlub olması deyil, Milli Hərəkatın namizədinin qələbə qazanması problem ola bilər.
“Güc birlikdədir” müxalifət hərəkatına daxil olan Vahid Milli Hərəkat keçmiş xarici işlər naziri Qriqol Vaşadzenin namizədliyini irəli sürüb. Vahid Milli Hərəkatın tərkibindən ayrılan “Avropa Gürcüstanı”nın namizədi isə David Bakradze olub.
“Burdan belə nəticəyə gəlmək olar ki real alternativ yalnız Milli Hərəkatdır. Hakim partiya onların namizədinin qələbə qazanmasına yol verə bilməz, çünki bu artıq 2020-ci il parlament seçkilərini sual altında qoya bilər və beləliklə uzun və ağır siyasi prosses başlaya bilər.
Bundan başqa, Saakaşvili bütün işlərinə görə əfv oluna bilər və onun Gürcüstana qayıtması təmin edilə bilər. Əgər Saakaşvili sərbəst buraxılsa hər şey gözləmək mümkündür”, -deyə politoloq Giya Xuxaşvili deyir.
Lakin o qeyd edir ki, bu gün müxalifət kimi güclü siyasi elita da dərin böhran içindədir. Onun sözlərinə görə, gürcü seçici kimsəyə inanmır. Çoxları səsini ideya və proqramlara görə vermir. Onlar öz səsini düzəldilən yola, çəkilən qaza və məşğulluğa görə verməyə hazırdır.
“Burdan belə bir nəticəyə gəlmək olar ki hakimiyyətin seçiciləri “satın almaq” (mən burda birbaşa satın alınmasını nəzərdə tutmuram) resursları daha çoxdur. Əlbəttə ki, onların namizədi həlledici üstünlüyə sahibdir “, – o, deyir.
Təhlilçilərin fikrincə, Zurabişvili hakim partiyanın dəstəyini alan istənilən namizəd kimi prezident postu uğrunda mübarizənin favoriti olacaq. Zurabişvilinin özü hakim partiyanın onun namizədliyini dəstəkləməsi barədə qərarını demokratik və ölkə üçün doğru qərar adlandırıb.(BBC Azərbaycanca)
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:59
Avstraliya vətəndaşlarını İsraildən çıxmağa çağırıb
Dünən, 16:31
Makronun sözü ilə əməli uyğun gəlmir
Dünən, 14:12
Raketlərə qarşı yeni silah hazırlanır
Dünən, 09:06
Bayden Ukraynaya yardım paketini dəstəkləyib
Dünən, 09:03
Tbilisidə mitinq başa çatıb
17-04-2024, 20:49
ABŞ Çin-Rusiya münasibətlərindən narahatdır
17-04-2024, 18:51
Ukrayna dronları Tatarıstandakı təyyarə zavoduna hücum edib
17-04-2024, 17:51
Rusiya Çerniqova zərbə endirib: 15 nəfər ölüb, 61-i yaralanıb
17-04-2024, 17:41
Qərb ölkələrinin səfirləri Gürcüstan prezidenti ilə görüşüb
17-04-2024, 15:44
Qəzzanın şimalında daha 13 fələstinli həlak olub
17-04-2024, 13:48
İndoneziyada fövqəladə vəziyyət elan edilib
17-04-2024, 12:11
Ermənistan MN-nin keçmiş binası partladılıb
17-04-2024, 09:20
Pekin: “Tayvan məsələsində Çinin maraqları əsasdır”
16-04-2024, 23:48
Tbilisidə polis qanuna etiraz edən 11 nəfəri saxlayıb
16-04-2024, 18:57
NATO Özbəkistan üçün hərbi kadrlar hazırlayır
16-04-2024, 17:22
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
16-04-2024, 16:36
Borrell: “Bir ildən sonra gec olacaq” - Foto
16-04-2024, 12:26
Türkiyə ordusu İraqın şimalında 21 PKK-çını zərərsizləşdirib
16-04-2024, 11:36
Yunanıstan Ukraynaya “F-16” vermək istəmir
16-04-2024, 10:15
Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib
16-04-2024, 08:33
Pensilvaniyada hərbi zavod yanır
16-04-2024, 08:27
Tokio: “Kurilin cənub hissəsi işğal olunub”
16-04-2024, 00:07
Gürcüstan prezidenti aksiyaçılara dəstək verib
15-04-2024, 18:34
Gürcüstan da "Xarici agent" axtarışına çıxacaq
15-04-2024, 14:03
Gözdən əlil xanım Sloveniyaya səfir göndərilir
15-04-2024, 11:34
Kaliforniyada erməni qəbiristanlığı yandırılıb
15-04-2024, 10:57
Türkiyədə sərnişin avtobusu aşıb, çoxsaylı yaralı var
15-04-2024, 08:57
Dnepropetrovskidə partlayış səsləri eşidlib
12-04-2024, 19:28
Ukraynanın “Patriot” və İRİS-T sistemləri tükənib?
12-04-2024, 19:02
Rusiya Kiyev vilayətindəki elektrik stansiyasını məhv edib
12-04-2024, 18:56
Ermənistan-İran yolu bağlanıb - Foto
11-04-2024, 10:51
Baş katib: “Ukraynaya təcili sursat verilməlidir”
11-04-2024, 10:45
Amerikalı general təhlükə barədə xəbərdarlıq edib
10-04-2024, 23:28
Malyuk Putinin əsas hədəfinə çevrilib
9-04-2024, 17:50
Odessa vilayətində partlayışlar baş verib
9-04-2024, 12:40
Kemeron Ukraynaya yardımın önünü açmaq üçün Trampla görüşüb
9-04-2024, 12:27
Ruslar Lvov bölgəsinə hücum edib
9-04-2024, 12:05
Rusiya Zaporojya AES-də çox təhlükəli oyun oynayır - Metyu Miller
9-04-2024, 11:42
Türk ordusu İraqın şimalında 4 terrorçu zərərsizləşdirib
9-04-2024, 11:15
Ukrayna PUA-ları Voronejdə aviasiya təlim mərkəzinə hücum edib
9-04-2024, 11:08
Trampın immuniteti ölkə üçün təhlükə mənbəyidir
9-04-2024, 11:02
Makron Belqrada müraciət edib
8-04-2024, 20:37
Rusiyanın “Serpuxov” raket gəmisi yanıb - Foto
8-04-2024, 16:50
Rusiyanın qəhrəmanı ukraynalı əsirləri edam etdirib
Bu gün, 11:52
BDU tələbəsi intihar edib
Bu gün, 11:41
MN: "Rusiyanın bombardmançı təyyarəsini vurduq"
Bu gün, 11:13
Daha bir ölkə fransız diplomatlarını qovub
Bu gün, 09:31
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Bu gün, 09:00
Sumqayıtda oğul ata və anasını öldürüb
Bu gün, 00:01
ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə “yox” deyəcək
Dünən, 23:01
Türkiyədə üç ard-arda güclü zəlzələ olub
Dünən, 19:04
Respublika Pediatriya Mərkəzi yaradılıb
Dünən, 13:39
Məhkəmə kokain kralı ilə bağlı qərar verib
Dünən, 12:58
Süni intellektdən qoruna biləcək sahələr sadalanıb
Dünən, 11:39
Keçid balları qalxır? - Açqılama (Video)
Dünən, 10:56
Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılıb
Dünən, 09:03
Ağdamda minaatan qurğular tapılıb
Dünən, 08:52
Pekin Tel-Əvivə müraciət edib
Dünən, 00:03
Başlıbel qətliamından 31 il ötür
17-04-2024, 23:54
Türkiyə yeni raketini sınaqdan keçirib
17-04-2024, 21:16
İran istənilən vaxt nüvə silahı yarada bilər
17-04-2024, 15:24
Hadı Rəcəbli vəfat edib - (Yenilənib)
17-04-2024, 15:00
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
17-04-2024, 11:48
İham Əliyev baş katibi qəbul edib - Yenilənib
17-04-2024, 11:44
Hava limanının direktoru vəzifədən azad edilib
17-04-2024, 11:29
ABŞ husilərə məxus daha iki PUA-nı vurub
17-04-2024, 10:03
NATO Avropanı hibrid müharibə ilə qorxudur
17-04-2024, 09:49
Kurqanda suyun səviyyəsi təhlükəli həddə çatıb
17-04-2024, 09:45
İsrail-HƏMAS danışıqlarının donma səbəbi məlum olub
17-04-2024, 09:02
Naxçıvanda dövlət orqanlarında yoxlamalar başlayıb
16-04-2024, 17:34
Rusiyada "TikTok"un bloklanması təklif olunub
16-04-2024, 16:40
Keçmiş deputatın cinayət işi məhkəməyə göndərilib
16-04-2024, 16:23
"Tiktoker Semka" həbs olunub
16-04-2024, 16:06
Daha 56 ailə Füzuli şəhərinə köçürüləcək
16-04-2024, 15:55
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
16-04-2024, 14:20
Gəncədə şagirdlər arasında dava olub
16-04-2024, 13:58
Hərbi xidmətə çağırış davam edir - Fotolar
16-04-2024, 13:35
Həcc ziyarətinə kvota müəyyənləşib
16-04-2024, 13:10
Buraxılış imtahanının nəticələri açıqlanıb
16-04-2024, 12:42
Belarusdan Ukraynaya hücum ola bilər
16-04-2024, 12:10
Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” böyüyür
16-04-2024, 10:00
Xankəndidə yenə silah-sursat aşkarlanıb
16-04-2024, 09:30
Cəbrayılda silah-sursat tapılıb - Foto
16-04-2024, 08:36
NASA önəmli açıqlama verəcək
16-04-2024, 08:29
Xmelnitskdə partlayış səsləri eşidilir
16-04-2024, 08:24
Konqres Ukraynaya yardımı səsverməyə çıxaracaq
15-04-2024, 23:26
Qırğız prezidenti Bakıya gəlir
15-04-2024, 22:11
Keçmiş nazir və şöbə rəisi hakim qarşısına çıxarılıb
15-04-2024, 17:05
5 saylı məktəbdə iki şagirdi elektrik cərəyanı öldürüb
15-04-2024, 16:50
Naxçıvan Ali Məclisinə yeni sözçü təyin olunub
15-04-2024, 15:28
Tiktoker Adəmin atası həbs olunub
15-04-2024, 13:28
Ölkəmizdə əhalinin sayı açıqlanıb