16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İsrail qüvvələri 3 fələstinlini öldürüb - Foto
Tarix: 18-09-2018 23:49 | Bölmə: Dünya
İsrail qüvvələri 3 fələstinlini öldürüb

İsrail əsgərlərinin mühasirə altındakı Qəzza zolağı sərhədində nümayişçilərə atəş açması nəticəsində 2 fələstinli şəhid olub.

Reyting.az
xəbər verir ki, işğal altındakı Şərqi Qüdsdə də İsrail polisi bir fələstinlini vuraraq şəhid edib.

Qəzzadakı Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamaya görə, Qəzzanın şimal sərhədinə yaxın bölgədə blokada əleyhinə nümayiş keçirən fələstinlilərə İsrail əsgərləri tərəfindən atəş açılıb.

İsrail qüvvələri 3 fələstinlini öldürüb

İsrail əsgərlərinin hücumunda kimlikləri açıqlanmayan 2 fələstinlinin şəhid olduğu bildirilib.

İsrail ordusu dünən gecə də Qəzzanın cənubunda bir qrup fələstinlinin sərhədə yaxınlaşaraq "şübhəli bir cismi" sərhədə yaxın bir əraziyə yerləşdirdiyini iddia edərək bölgəyə hava hücumu təşkil etmiş, hücumda 2 fələstinli şəhid olmuşdu.

Şərqi Qüdsdə də İsrail polisi bir fələstinlini vuraraq öldürüb.

İşğal altındakı Şərqi Qüdsdə də İsrail polisi bir fələstinlini vuraraq şəhid edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}