Elman Rüstəmovun qızı Londonda moda nümayiş etdirəcək – Fotolar
Tarix: 05-02-2016 16:08 | Bölmə: Fotoqalereya


Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun Londonda yaşayan qızı, dizayner Günel Rüstəmovanın nümayişi fevralın 19-da baş tutacaq.

Reyting.az buro247.az-a istinadən xəbər verir ki,Güneldən başqa, həmin gün payız-qış 2016 kolleksiyalarını Charlotte Olympia, John Smedley, Bora Aksu, Steven Tai və başqa brendlər təqdim edəcək.

Qeyd edək ki, bu günlərdə Parisdə də Grisogono zərgərlik brendi və Gyunel brendinin birgə nümayişi baş tutub. Tədbirin qonaqları İrina Şeyk, Bella Hadid, Yevqeniya Silva, moda və zərgərlik biznesinin digər təmsilçiləri olub.

Onu da qeyd edək ki, Günel xanım "Meliorasiya və Su Təsərrüafatı" ASC-nın rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin həyat yoldaşıdır.







Bölməyə aid digər xəbərlər
20-10-2022, 07:35 Ağalı kəndi... - Fotolar
7-11-2021, 18:19 Zəfər yolu... - Fotolar
21-10-2021, 08:23 Azad Zəngilan - Fotolar
5-10-2021, 13:48 Qələbə sevinci - Fotolar
23-12-2020, 19:21 Bizim Qubadlı - Fotolar

{sape_links}{sape_article}