Rusiya öz gözəlini seçib - Fotolar
Tarix: 18-04-2017 13:51 | Bölmə: Fotoqalereya


Moskvada "Rusiya gözəli - 2017” ("Мисс Россия-2017”) müsabiqəsi keçirilib.

Spletnik.ru-nun məlumatına görə, ölkənin 50 bölgəsindən gənc qızların qatıldığı yarışmanın qalibi Sverlovski əyalətindən olan 21 yaşlı Polina Popova olub.

Qeyd olunur ki, P.Popova müsabiqədə 10 il sonra qalib olmuş ilk sarışın gözəldir. O, qalibiyyətinə görə 3 milyon rubl və avtomobil əldə edib.

Polinaya təqdim olunan xüsusi hədiyyə - brilliant qaşlardan ibarət qızıl boyunbağının dəyəri isə 1 milyon rubldur.(Qafqazinfo)










253 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər