Aysel yenidən müzakirələrə səbəb olub - Fotolar
Tarix: 26-08-2017 13:34 | Bölmə: Fotoqalereya
Aysel yenidən müzakirələrə səbəb olub

Bir müddət əvvəl biznesmen Alican Ağaoğlunun övladı Alican Ağaoğlu ilə eşq yaşayan Aysel Məmmədova (Aysel MV) yenidən gündəmə gəlib.

Reyting.az saytı “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkədə fenomenə çevirilən cazibədar model özünə 3 gün ad günü keçirib. Lüks həyatını instaqramda nümayiş etdirən Ayselin ad günündə ən yaxın dostları iştirak edib. İlk ad günü azərbaycanlı milyarder Telman İsmayılovun sahib olduğu “Mardan Palace”də baş tutub. Növbəti iki özəl yığıncaq isə İstanbulun dəbdəbəli restoranlarında qeyd olunub.

Aysel ad günündən çəkilən fotolarını 370 minlik instaqram səhifəsində paylaşıb. Həmin şəkilləri 20 mindən çox insan bəyənib, 400-dən çox şərh yazılıb. Modelin ad günündə istifadə etdiyi qırmızı libasını isə “KAAN” modalar evi hazırlayıb. O, həmin geyim üçün 8 min dollar ödəniş edib.
Qeyd edək ki, Aysel MV bundan əvvəl Azərbaycan mətbuatında bahalı maşınları, Bakının mərkəzində yerləşən 5 ulduzlu hoteldə dairəsi və s. kimi mal varlıqları ilə gündəmə gəlib.

Xatırladaq ki, həmyerlimiz Rusiyanın Moskva şəhərində daha çox tanınıb. O, müqavilə əsasında məşhur model agentliyi “Face of future” ilə çalışıb.
Aysel yenidən müzakirələrə səbəb olubAysel yenidən müzakirələrə səbəb olub
Aysel yenidən müzakirələrə səbəb olub
Aysel yenidən müzakirələrə səbəb olub




Bölməyə aid digər xəbərlər