Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır - Fotolar
Tarix: 27-05-2018 00:12 | Bölmə: Fotoqalereya
Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır

Kimisi doğuşdan şanslıdır, kimisi isə illərin əziyyəti ilə sıfırdan yüksələrək milyarder olmağı bacarıb. Ancaq onları bu siyahıda birləşdirən əsas bir xüsusiyyət var: dünyanın ən gözəl və zəngin 15 qadını. Bu qadınlar həm gözəlliyi, həm də böyük bir sərvətə sahib olmaları ilə çoxlarının arzuladığı bir həyatı yaşayırlar.

Reyting.az saytı Qafqazinfo-ya istinadla dünyanın ən gözəl və ən zəngin 15 qadınını təqdim edir:

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Marie Besnier Beauvalot

Fransanın məşhur ərzaq şirkəti olan “Lactails”ın yaradıcısı Andre Besnierin nəvəsi Marie şirkətin əsas hissədarlarındandır. O, 2,5 milyard dollarlıq sərvətə sahibdir.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Tamara Ecclestone

“Formula 1” oyunlarının rəhbəri Bernie Ecclestonun qızı Tamara model fəaliyyəti ilə yanaşı həm də televiziya ulduzudur. Böyük məbləğdə sərvətə sahib olan gözəl jurnalistlərin sevimli simalarındandır.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Perenna Kei

Honq Konqda daşınmaz əmlak işi ilə məşğul olan varlı bir ailənin qızı Perenna sadəcə ailə sərvəti ilə kifayətlənməyib. Hələ 24 yaşı olsa da, hissələrinin 85%-nə sahib olduğu “Logan Property Holdings”də əsas söz sahibidir. Hazırda onun 1,3 milyardlıq bir sərvəti var.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Charlotte Casiraghi

Monako kral ailəsinin səkkizinci varisi Charlotte modaya olan marağı ilə tanınır. Hər zaman gözəl görünən varis ailənin ən gözəl qadınlarından biridir.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Sara Blakely

“Spanx” adlı alt paltarı markasının qurucusu olan Sara sərvətini sıfırdan qazanıb. Hazırda o, “Forbes”in milyarderlər siyahısında sərvətini öz gücü ilə əldə edən ən gənc qadın ünvanına sahibdir. Belə ki, Sara öz markası ilə 1 milyard dollarlıq bir sərvətə sahibdir.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Julia Dreyfus

“Emmi” və “Qızıl qlobus” mükafatlarının sahibi Julia əslində fransız bir milyarderin qızıdır və 3,4 milyard dollar sərvəti var.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Anna Anisimova

Rusiyanın məşhur mədən kralı Vasili Anisimovun qızı olan Anna ölkənin Paris Hiltonu olaraq tanınır. 3,4 milyard dollarlıq bir sərvətin tək varisi hazırda ABŞ-da yaşayır və gecə həyatı, qalmaqalları ilə tez-tez medianın gündəmində olur.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Aerin Lauder

Məşhur kosmetika markası “Estee Lauder”in yaradıcısının nəvəsi olan Aerin həm gözəlliyi, həm də uğurları ilə tanınır. Hazırda o, şirkət hissələrinin 16%-nə, yəni, 1 milyard dollarlıq bir sərvətə sahibdir.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Vanisha Mittal

Dünyanın ən zəngin adamlarından biri olan hindistanlı milyarder Lakshmi Mittalın qızı olan Vanisha 2004-cü ildə toyu ilə məşhurlaşmışdı. Bu mərasim XXl əsrə kimi dünyanın ən bahalı ikinci toyu adlandırılmışdı. Bundan başqa, hazırda o atasının sağ əli kimi “Mittal Group”un əsas söz sahiblərindəndir.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Dylan Lauren

Məşhur modelyer Ralph Laurenin qızı Dylan atasının sərvəti ilə kifayətlənməyib. Hazırda o, Nyu-Yorkda dünyanın ən böyük şirniyyat mağazası olan “Dylan’s Candy Bar”ın sahibidir.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Holli Branson

Milyarder iş adamı Richard Bransonun qızı Holli 400-dən çox şirkətdə hissə sahibi olduğu üçün böyük bir sərvəti var. Tibb təhsili alan Holli hazırda atasının “Virgin Group” şəbəkəsində fəaliyyət göstərir.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Georgina Bloomberg

Amerikan siyasətçi və iş adamı Michael Bloombergin qızı Georgina xeyriyyəçi olması ilə bilinir. Saysız-hesabsız dərnəklərə yardım edən Georginanın şəxsi sərvəti 18 milyon dollardır.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Amanda Hearst

Məşhur media kapitanı William Randolph Hearstün nəticəsi Amanda aktivist olmaqla yanaşı, həm də model və redaktorluqla məşğul olur. Hazırda ailəsindən dəstək istəməsə də, sərvətinin böyük bir hissəsini onlara borcludur.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
Josie Ho

Josie Çinin ən böyük qumarxanalarının sahibi Stanley Honun 17 övladından biridir. Buna baxmayaraq, hazırda məşhur aktrisa və müğənni olan Josieyə atasından pay olaraq böyük bir miras düşür.

Dünyanın 15 qadını sərvəti ilə göz qamaşdırır
İvanka Trump

Daşınmaz əmlak kralı, ABŞ prezidenti Donald Trampın qızı olan İvanka bir müddət model kimi fəaliyyət göstərib. Ancaq hazırda atasının sağ əli kimi siyasi və ictimai görüşlərdə iştirak edir, diplomatik görüşlərə qatılır. İvanka Ağ Evin ən gözəl qadınlarından biri hesab olunur.




Bölməyə aid digər xəbərlər
20-10-2022, 07:35 Ağalı kəndi... - Fotolar
7-11-2021, 18:19 Zəfər yolu... - Fotolar
21-10-2021, 08:23 Azad Zəngilan - Fotolar
5-10-2021, 13:48 Qələbə sevinci - Fotolar
23-12-2020, 19:21 Bizim Qubadlı - Fotolar

{sape_links}{sape_article}